10 C
Baku
Wednesday, December 11, 2024

BVF: ABŞ 2023-cü ildə tənəzzüldən qaça biləcək

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva ABŞ iqtisadiyyatının bu il tənəzzüldən qaça biləcəyinə inanmaq üçün əsasların olduğunu və bu, başlayarsa, “çox yumşaq tənəzzül” olacağını bildirib. Bu barədə “Reuters” xəbər verir.

Kristalina Georgiyeva inflyasiya ilə mübarizə üçün lazım olan faiz dərəcələrinin artmasına baxmayaraq, ABŞ əmək bazarının güclü olaraq qaldığını və istehlakçı tələbinin güclü olduğunu söyləyib:

“Bundan əlavə, iqtisadi artımın mənbələri daha çoxşaxələnib. Bu, ABŞ-ın tənəzzüldən qaça biləcəyini gözləməyə əsas verir. Və əslində, hətta deyərdim ki, əgər texniki baxımdan bu tənəzzüldürsə, o zaman çox mülayim bir tənəzzül olacaq”.

Son xəbərlər
Digər xəbərlər