BVF: Hörmüz boğazı vasitəsilə neft tədarükünün bərpası vaxt alacaq

Hörmüz boğazı tam açıldıqdan sonra neft tədarükünün əhəmiyyətli hissəsinin bərpası üçün iki-üç ay vaxt tələb olunacaq. Bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) analitik materialında yer alıb.

Fondda bildirilib ki, boğaz açıldıqdan dərhal sonra tədarük əvvəlki həcmlərə qayıtmayacaq. Buna səbəb gəmiçilik şirkətlərinin, sığortaçıların və bazar iştirakçılarının fəaliyyətini yenidən normal rejimdə bərpa etməsinin müəyyən vaxt aparmasıdır.

“Sənaye nümayəndələrinin qiymətləndirməsinə görə, su yolunun tam açılmasından sonra neft tədarükünün əhəmiyyətli hissəsinin bərpası üçün iki-üç ay vaxt lazım olacaq”, — deyə hesabatda qeyd olunub.

BVF həmçinin xəbərdarlıq edib ki, neft hasilatının uzun müddət dayanması, xüsusilə yataqların yenidən istismara verilməsi üçün kifayət qədər maliyyə vəsaiti olmayan regionlarda hasilat həcminin geri dönməz şəkildə azalmasına səbəb ola bilər.

Fondun qiymətləndirməsinə görə, qlobal neft bazarında qiymətlərin daha kəskin bahalaşmasının qarşısını eyni vaxtda bir neçə amil alıb. Yaxın Şərqdə müharibə başlamazdan əvvəl bazarda təklif gündəlik tələbi təxminən 2 milyon barel üstələyirdi.

“Hörmüz boğazında gərginlik yenidən artdıqca, manevr imkanları və zərbələri kompensasiya etmək potensialı getdikcə azalır. Ehtiyat hasilat gücləri işə salınır, tələbat zəifləyir, ehtiyatlar isə tükənir. Əgər ehtiyatlar bərpa olunmasa, növbəti böhran zamanı dünya daha həssas vəziyyətdə olacaq”, — deyə hesabatda bildirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər