6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

BVF: “Omikron” dünya iqtisadiyyatına $5.3 trln. zərər vurub

Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Qita Qopinat bildirib ki, koronavirus pandemiyası kontekstində dünya mərkəzi bankları pul-kredit siyasətlərini yumşaltmağa davam etdirə və faiz dərəcəsini aşağı səviyyədə saxlaya bilməyəcəklər.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, yeni COVID-19 ştamının ortaya çıxması ilə əlaqədar qlobal iqtisadiyyat üçün itkilər gözləniləndən çox ola bilər.

Təşkilat pandemiyadan dəymiş ziyanı 12.5 trilyon dollar olaraq qiymətləndirib. Fondun mütəxəssisləri həmçinin “delta”dan daha yoluxucu ştamın ortaya çıxdığı halda ayrıca qiymətləndirmə modeli hazırlayıblar.

“Bizim proqnozlara görə, belə bir vəziyyətdə dünya iqtisadiyyatı daha 5.3 trilyon dollar zərər görəcək”, – deyə mesajda bildirilir.

Noyabr ayında Afrika ölkələrində “omikron” adlı yeni növ koronavirus müəyyən edilib. Yerli alimlərin fikrincə, bu ştam COVID-19-a təkrar yoluxma riskini üç dəfə artırır. Yoluxma halları ABŞ və əksər Avropa ölkələrində qeydə alınıb, Rusiyada iki nəfər “omikron”a yoluxub.

Son xəbərlər
Oxşar xəbərlər