BVF: Qlobal neft çatışmazlığı mərhələli şəkildə aradan qalxacaq

Qlobal neft bazarında mövcud olan təklif çatışmazlığı yalnız mərhələli şəkildə aradan qalxacaq. Eyni zamanda, neft ehtiyatları minimum əməliyyat səviyyələrinə yaxınlaşır ki, bu da enerji sektorunun fiziki infrastrukturunda problemlər yarada bilər. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) bloqunda dərc olunmuş yeni analitik qeyddə bildirilir.

“İstənilən vaxt təklifin bərpası başlasa belə, neft çatışmazlığı yalnız tədricən aradan qalxacaq. Bunun nəticəsində ehtiyatlar əməliyyat minimumlarına yaxınlaşacaq. Bu səviyyədən aşağı düşmək isə yanacaq-enerji kompleksinin fiziki infrastrukturuna zərər vurulması riski yaradır”, — deyə BVF ekspertləri Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edərkən qeyd ediblər.

Hörmüz boğazı dünya üzrə neft ticarətinin təxminən 25%-nin, mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin isə 20%-nin həyata keçirildiyi əsas marşrutlardan biridir.

İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranın Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozduğunu bildirərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib. ABŞ prezidenti Donald Tramp iyulun 10-da İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını, lakin danışıqlar prosesinin davam etdiyini bəyan edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər