2 C
Baku
Saturday, December 14, 2024

“Bybit” birjası İslam “hesabları” istifadəyə verdi: Birja müsəlmanlara nə təklif edir?

“Bybit” birjası, platformanın rəhbəri Ben Çjounun verdiyi məlumata görə, dünyada ilk dəfə olaraq kriptovalyuta ilə əlaqəli İslam hesablarını istifadəyə verib. Şəriət qanunlarına uyğun olan bu hesablar, artıq müsəlman investorlar üçün ikinci ən böyük kriptobirjada mövcuddur.

Banker.az xəbər verir ki, yeni məhsul, şəriət qanunlarına uyğunluğun təmin edilməsi üçün “ZICO Shariah” konsaltinq agentliyinin dəstəyi ilə hazırlanıb. İstifadəçilərin vəsaitlərinin ayrılması və şəffaf komissiya strukturu, məhsulun təsvirində qeyd olunduğu kimi, İslam dəyərlərinə uyğun etik ticarəti təmin edir.

Müsəlmanlar İslamda faiz ödənişi və qəbuluna qadağa olduğu üçün depozit və kredit kimi ənənəvi maliyyə alətlərindən tam şəkildə istifadə edə bilmirlər. Onlar həmçinin şəriət standartlarına uyğun olmayan məhsullara, məsələn, spirtli içki istehsalçıları və qumar biznesi ilə əlaqəli şirkətlərin səhmlərinə investisiya qoya bilməzlər.

“Bybit”in İslam normalarına uyğun xidmətləri spot ticarətini, DCA ticarət botunu və GRID-spot botunu əhatə edir. DCA botu, müəyyən zaman intervallarında qiymətə baxmadan kriptovalyuta alır və bununla alınmış aktivin qiymətini ortalayır. GRID botu isə kriptovalyutaların qiymətlərindəki volatillikdən istifadə edərək şəbəkə ticarəti ilə məşğul olur.

Çjounun sözlərinə görə, spot ticarət üçün şəriətə uyğun 75 kriptovalyuta əlçatan olacaq. Hazırda platformada 19 rəqəmsal aktiv, o cümlədən Bitcoin (BTC), Ethereum (ETH), Tether (USDT), Solana (SOL), BNB (BNB), Uniswap (UNI), Stellar (XLM) və digər aparıcı kriptovalyutalar dəstəklənir.

2018-ci ildə Stellar blokçeyn layihəsi Bəhreyn Mərkəzi Bankı tərəfindən lisenziyalaşdırılan Şəriət Nəzarət Şurasından şəriət qanunlarına uyğunluğu təsdiq edən sənəd alıb. 2020-ci ilin yayında Malayziya Qiymətli Kağızlar Komissiyasının Şəriət Məsləhət Şurası kriptovalyutalarla ticarət və rəqəmsal aktivlərə investisiyaların şəriətə zidd olmadığını qəbul edib.

 

Son xəbərlər
Digər xəbərlər