10 C
Baku
Wednesday, December 11, 2024

“ByteDance” Pekinin icazəsi olmadan “TikTok”u sata bilməyəcək

“TikTok”un Amerikadakı biznesinin satışına Pekin müdaxilə edibş.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Verilən məlumata görə, yeni ixrac qaydaları ÇXR səlahiyyətlərinin xüsusi lisenziyası olmadan süni intellekt texnologiyalarının ixracını məhdudlaşdırır.

Xüsusilə mətn təhlili, nitq və səstanıma texnologiyaları. Bunun nəticəsi olaraq, “TikTok” xidmətinə sahib olan “ByteDance Ltd.” şirkəti bu satınalmanı təxirə salmalı olacaq.

Qeyd edək ki, “TikTok”a təzyiq göstərən tərəflərdən biri də ABŞ-dır. Belə ki, ölkənin prezidenti Donald Tramp “TikTok”a sentyabrın 15-dək vaxt verib, əks halda xidmət bloklanacaqdır.

Son xəbərlər
Digər xəbərlər