10 C
Baku
Wednesday, December 11, 2024

“ByteDance” “TikTok”a yeni rəhbər axtarır – şirkət “Instagram”ın həmtəsisçisi ilə danışıqlar aparır

“TikTok”un mülkiyyət hüququ məsələsini həll etmək üçün onun ana şirkəti olan “ByteDance”, ABŞ-ın fond birjasında IPO keçirməyə qərar verib. Banker.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNBC və “The New York Times” məlumat verib.

Qeyd edildiyi kimi, “Oracle” şirkətinin “TikTok”dakı payı 20%-dən az olacaq. Danışıqların iştirakçılarından biri olan “Walmart”ın şirkətdə nə qədər paya sahib olacağı isə hələ məlum deyil. Verilən məlumata görə, dövlət başçısı bu müqaviləni 18 və ya 19 sentyabr tarixində təsdiqləməlidir.

Xatırladaq ki, 2020-ci il 17 sentyabr tarixində ABŞ-ın Federal Xəzinədarlığı, danışıqlardan iştirak edən tərəflərə “TikTok” və “Oracle” arasındakı müqavilənin şərtləri ilə bağlı öz qeydlərini göndərib. Bildirilir ki, düzəlişlərin mahiyyəti hələ açıqlanmır.

Müqavilə şərtlərini müzakirə etməklə yanaşı, “TikTok” keçmiş baş direktor Kevin Mayerin yerinə yeni namizəd axtarır. Verilən məlumata görə, bu, “Instagram”ın həmtəsisçisi Kevin Sistrom ola bilər.

Agentlik qeyd edir ki, “TikTok”un birjaya çıxması, İT şirkətlər arasında son illərdəki ən böyük IPO ola bilər. İnvestorlar onu 50 milyard dollar dəyərində qiymətləndirirlər.

Son xəbərlər
Digər xəbərlər