10 C
Baku
Thursday, December 12, 2024

“ByteDance” “TikTok”un satılmasının qarşısını almaq üçün ABŞ hökuməti ilə danışıqlar aparır

“ByteDance” (“TikTok”un ana şirkəti) sosial şəbəkənin satılmasının qarşısını almaq üçün ABŞ hökuməti ilə danışıqlar aparır.

Banker.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Wall Street Journal” yazır.

Bu addım Çin səlahiyyətliləri “TikTok”un satışını çətinləşdirdikdən sonra xüsusilə aktualdır. Xatırladaq ki, 2020-ci ilin avqust ayının sonunda Çin yerli ticarət orqanlarından lisenziya almadan texnologiyaların ixracını qadağan edib.

Hal-hazırda müqavilənin şərtləri müzakirə olunur. Mütəxəssislərin sözlərinə görə, “TikTok”un ABŞ-dakı biznesi satılmasa belə, şirkətin yenidənqurması hələdə mümkündür.

ABŞ rəsmiləri üçün əsas məsələ “TikTok” istifadəçilərinin məlumatlarının qorunması və Çin hökuməti üçün əlçatmaz olmasıdır.

“Xəzinədarlıq bütün diqqətini prezidentin 14 avqust 2020-ci il tarixli sərəncamına yönəldib”, – deyə departament sözçüsü söyləyib. Xatırladaq ki, həmin gün Donald Tramp “TikTok” şirkətinin 90 gün ərzində satılmasına əmr verib.

“TikTok” ABŞ və Çin arasındakı münasibətlərin pisləşməsi fonunda bloklanmaq təhlükəsiz ilə üz-üzədir. Prezident Donald Tramp sosial şəbəkənin 15 sentyabr tarixinə qədər satılmasına dair fərman imzalayıb.

Bildirildiyi kimi, “TikTok”u almaq istəyən texnologiya nəhənglərindən biri də “Microsoft” olub. Sonradan getdikcə populyarlaşan sosial şəbəkə uğrunda mübarizəyə “Twitter” və “Oracle” da qoşulub.

Son xəbərlər
Digər xəbərlər