32 C
Baku
Thursday, June 13, 2024

Cəlilabadın sabiq icra başçısının şikayəti üzrə məhkəmə başlayıb

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.

Şirvan Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

Müdafiə tərəfi vəsatətlərlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 25-də davam etdiriləcək.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan müdafiə tərəfi bəraət tələbi ilə apellyasiya şikayəti verib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər