18 C
Baku
Saturday, May 25, 2024

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Cənubi Koreyanın dörd yerli və xarici avtomobil istehsalçısı istehsal qüsurlarına görə təxminən 206.8 min avtomobilini olaraq geri çağıracaq.

“Kia Corp”, “Niro HEV” də daxil olmaqla iki modeldən 111 307 avtomobili mühərrikin güc ötürücüsünün idarəetmə blokunda istehsal qüsurlarına, 21 770 ədəd K9-u isə hidravlik elektron idarəetmə blokunda zəif dayanıqlığa görə geri çağırır.

Bu siyahıya, həmçinin “Hyundai Motor”un 37 059 ədəd “Accent”, “Mercedes-Benz Koreya”nın 12 629 ədəd müxtəlif modeli, “Stellantis Koreya”nın 2483 ədəd “Jeep Cherokee” avtomobilləri daxildir.

Avtomobil sahibləri təmir və servis mərkəzlərinə gedərək nasaz hissələri pulsuz əvəzləyə bilərlər.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər