14 C
Baku
Friday, May 24, 2024

“Cənubtikintiservis” ASC 2 milyon manatdan çox mənfəət edib

“Cənubtikintiservis” ASC 2022-ci ili 2 milyon 53 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə ASC-nin mənfəəti 1 milyon 388 min manat olub ki, bu da illik müqayisədə 48% artıb.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Cənubtikintiservis” ASC-nin əsas əməliyyat gəlirləri 4 milyon 328 min manatdır. (əvvəlki ilə nisbətən 7% çox). Şirkətin işçi heyəti üzrə xərcləri 795 min manatdan 802 min manata çatıb, amortizasiya xərcləri 202 min manatdan 187 min manata düşüb.

31 dekabr 2022-ci il tarixində “Cənubtikintiservis” ASC-nin cəmi aktivləri 16 milyon 337 min manat, cəmi kapitalı 15 milyon 202 min manat təşkil edib.

Xatırladaq ki, “Cənubtikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 323 694 manatdır və qanuni təmsilçisi Ceyhun Namazovdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər