AzərEnerji ASC “Electro Industries” Qapalı Səhmdar Cəmiyyəti ilə 41 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının (GES) enerjisitemə qoşulması üçün 330/33/33 kV-luq yarımstansiyanın tikintisi işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 40 907 135 manatdır.