Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.
Mənbə bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verir.
Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.
Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.
Regionların adı | Orta faiz dərəcəsi | |
Aran iqtisadi rayonu | 22,2 | |
Dağlıq Şirvan iqtisadi rayonu | 21,8 | |
Şəki-Zaqatala iqtisadi rayonu | 21,6 | |
Lənkəran iqtisadi rayonu | 21,5 | |
Quba-Xaçmaz iqtisadi rayonu | 19,2 | |
Gəncə-Qazax iqtisadi rayonu | 19,1 | |
Yuxarı Qarabağ iqtisadi rayonu | 17,4 | |
Abşeron iqtisadi rayonu | 15,9 | |
Kəlbəcər-Laçın iqtisadi rayonu | 12,2 | |
Naxçıvan iqtisadi rayonu | 9,0 | |
Bakı şəhəri | 9,1 | |
Azərbaycan | 10,6 |