8 C
Baku
Thursday, December 12, 2024

Cəlilabad və Neftçala filialı  üçün Əməliyyatçı – Kredit Təşkilatı

Kredit  Təşkilatı  yeni açılacaq olan “Cəlilabad” və “Neftçala” filialı  üçün “Əməliyyatçı – xəzinədar” vakansiası elan edir.

“Əməliyyatçı –xəzinədar” üçün tələblər:

Yaş həddi: 21-30 yaş

Cins: Qadın

  • Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
  • Xəzinədar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik;

Vəzifə öhdəlikləri:

  • Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
  • Müştərilərə xəzinə xidməti göstərilməsi.
  • Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
  • Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
  • Nəğd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
  • Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;

 

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Cəlilabad – Əməliyyatçı – xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər