Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

Cəlilabad rayonunun Göytəpə şəhərində xəstəxana üçün yeni binanın inşası davam edir.

Binanın 2026-cı ilin 1-ci rübündə istifadəyə verilməsi planlaşdırılır.

Xəstəxana binası 2 hektar sahədə inşa edilir. Səhiyyə ocağı 3 mərtəbəli olmaqla 60 çarpayıdan ibarət olacaq.

Məlumata görə, tibb ocağında sakinlərə səhiyyə sahəsində ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər