8 C
Baku
Thursday, December 12, 2024

Cənubi Koreya kriptovalyutalardan əldə edilən gəlirə böyük vergi tətbiq edib

Cənubi Koreya hökuməti kriptovalyuta əməliyyatlarından əldə edilən gəlirə 20% vergi tətbiq etməyə qərar verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi 2021-ci ildə tokenlərin qiymətinin rekord dərəcədə artmasına baxmayaraq, vergi miqdarının minimal olacağını qeyd edib. Şöbə yeni vergitutma prosedurunun 2022-ci ildə yaranan mənfəət və zərərlərə tətbiq olunacağını bildirib.

Eyni zamanda Cənubi Koreya hökuməti elektrik enerjisi də daxil olmaqla, kriptovalyutanın əldə edilməsi üçün insanların çəkdiyi bütün xərcləri qarşılayacağına söz verib. Bunu rəsmiləşdirmək üçün yerli investorlar elektrik enerjisi xərclərinin hansı hissəsinin kriptovalyutalarla əlaqəli olduğunu sənədlərdə əks etdirməlidirlər.

Qeyd edək ki, sorğu Cənubi Koreyalıların yarısı (53%) kriptovalyuta ticarətindən əldə edilən gəlirə vergi tətbiq edilməsi ideyasını dəstəkləyir, respondentlərin cəmi 38.3%-i isə buna qarşı çıxıb.

Son məlumatlara görə, Cənubi Koreya əhalisinin 2.35 milyonu 20-29 yaş aralığındadır. Və onlar ən azı bir dəfə dörd böyük kriptobirjalardan (“Upbit”, “Bithump”, “Coinone” və “Korbit”) birində rəqəmsal valyutalarla əməliyyatlar aparıb.

2021-ci ilin martında Cənubi Koreya qanunvericiliyə müvafiq düzəlişlər edərək ölkədə kriptovalyuta ticarətini leqallaşdırıb. Bundan əvvəl ikiillik müzakirələr aparılıb. Yeni qaydalara görə, blokçeyn-startaplara yenidənqurma üçün təxminən altı ay vaxt veriləcək.

Son xəbərlər
Digər xəbərlər