23 C
Baku
Friday, April 26, 2024

Cənubi Koreya və ABŞ birgə nüvə təlimləri keçirəcək

Cənubi Koreya və ABŞ hərbçiləri fevralda komanda-qərargah təlimləri keçirməyi planlaşdırır.

Bu barədə Koreyanın Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təlimdə nüvə silahından istifadə ilə bağlı məşqlər keçiriləcək.

Məlumata görə, fevralın ikinci yarısında ABŞ-da komanda-qərargah təlimləri keçiriləcək. Bildirilib ki, Cənubi Koreyanın nümayəndə heyətinə müdafiə nazirinin müavini rəhbərlik edəcək.

Eyni zamanda vurğulanıb ki, müttəfiqlər bu yaz ilk dəfə olaraq 11 gün ərzində fasiləsiz “Azadlıq qalxanı” təlimləri keçirməyi planlaşdırır. Əvvəllər ABŞ və Cənubi Koreya hərbçiləri təlimlərlə bağlı qısa fasilə vermişdilər.

Bildirilib ki, Seul və Vaşinqton 2023-cü ilin birinci yarısında ümumilikdə təxminən 20 çöl təlimi keçirməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər