17 C
Baku
Monday, April 29, 2024

Cənubi Koreya və Səudiyyə Ərəbistanı $15.6 mlrd. dəyərində 51 memorandum imzalayacaqlar

Cənubi Koreya Prezidenti Yun Sok Yolun krallığa səfəri zamanı Koreya Respublikası və Səudiyyə Ərəbistanı arasında 15.6 milyard dollar dəyərində 51 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Bu barədə Yonhap agentliyi Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayıb.

Memorandumlar oktyabrın 22-23-də Ərəbistanda investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir. Statistika idarələri arasında da memorandum imzalanacaq.

Oktyabrın 22-də Ər-Riyadda Cənubi Koreya Prezidenti Yun Sok Yol və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhammed bin Salman arasında danışıqlar aparılıb. Tərəflər strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. Vəliəhd ölkənin neft sənayesindən iqtisadi asılılığının aradan qaldırılmasını nəzərdə tutan “Vision 2030” milli inkişaf planının həyata keçirilməsində əsas tərəfdaşlardan biri kimi Seul ilə əməkdaşlığı gücləndirməyə ümid etdiyini bildirib.

Yun Sok Yol ərəb dövlətindən Cənubi Koreya şirkətlərinin Neom şəhərinin tikintisi kimi böyük layihələrdə iştirakını asanlaşdırmasını istəyib. Prezidentin sözlərinə görə, Cənubi Koreya postneft dövründə Ər-Riyad üçün optimal tərəfdaşdır. O, təkcə enerji və tikinti sahəsində deyil, həm də avtomobil və gəmi istehsalı, mədəniyyət və turizm kimi texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin 2022-ci ildə Koreya Respublikasına səfəri zamanı tərəflər arasında 29 milyard dollarlıq memorandum imzalanmışdı.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər