Əksər istehsalçılar və operatorlar beşinci nəsil şəbəkəsini istifadəyə verməyə hazırlaşırlar. “Korea Herald” nəşri yazır ki, Cənubi Koreya şirkəti artıq 2025-ci ildə yaşayır və “6G” şəbəkəsi üzərində işlərə başlayıb.
Banker.az bildirir ki, Cənubi Koreya istehsalçısı “KAIST” (Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu) İnstitutunda “6G” tədqiqat mərkəzi açıb. Mərkəz ölkənin iqtisadi inkişafının sürətlənməsi üçün növbəti nəsil texnologiyalarının öyrənilməsi və planlaşdırılması ilə məşğul olacaq.
“6G” texnologiyası 5 il sonra təqdim edilə bilər. Amma cari məsələlərin (məsələn, sürücüsüz nəqliyyat və teletibb sistemləri) həlli üçün “5G” şəbəkəsi kifayət edir.
©ICTnews.az