Seul Ali Məhkəməsi Koreya Respublikasının keçmiş (2008-2013-cü illərdəki – red.) prezidenti Li Myon Bakı mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirkar bilib.
TASS xəbər verir ki, ölkənin keçmiş lideri barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə şəklində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, 78 yaşlı Li Myon Bak, təxminən, 15,7 milyon ABŞ dolları məbləğində cərimə ödəməlidir. O, məhkəmə zalında nəzarət altına alınıb.
Prokurorluq keçmiş dövlət başçısını ən böyük səhmdarı olduğu avtomobil hissələri istehsal edən DAS şirkətinin vəsaitlərini mənimsəməkdə, həmçinin prezidentliyi dövründə “Samsung Electronics”dən rüşvət almaqda şübhəli bilirdi.
Qeyd edək ki, Li Myon Bak bundan əvvəl də bir sıra korrupsiya və rüşvət alma ittihamlarına görə cəza çəkib.
©Report