26 C
Baku
Saturday, July 27, 2024

C.Koreya Yaponiya ilə ticarət məhdudiyyətlərini ləğv etmək barədə danışıqlara açıqdır

Cənubi Koreya qarşı tərəfin təmasa getmək istəməməsinə baxmayaraq, Yaponiya ilə ticarət məhdudiyyətlərini ləğv etməyə dair danışıqlara hazırdır. Vaşinqtonda məsələyə dair məsləhətləşmələr aparıb vətənə dönəndən sonra mətbuat konfransında çıxış edən Cənubi Koreyanın Ticarət naziri Yoo Myunq-hee Yaponiya tərəfinə 2-3 avqust tarixlərində Çinin Jenqjou şəhərində keçiriləcək Regional Əhatəli İqtisadi Tərəfdaşlıq konfransı çərçivəsində nazirlər görüşü keçirməyi təklif etdiklərini, lakin qarşı tərəfin İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşige Sekonun məşğul olduğunu əsas gətirərək imtina etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Yaponiya hökuməti iyulun 1-dən yarıkeçirici və ekranların istehsalı üçün zəruri olan üç məhsulun Cənubi Koreyaya ixracatına qadağa qoyub. Buna əsas olaraq həmin məhsulların gizli olaraq Şimali Koreyaya ötürülməsi ehtimalı gətirilib. Ötən ilin payızında Koreya Respublikası Ali Məhkəməsi Yaponiyanın “Nippon Steel Sumitomo Metal” şirkətini II Dünya müharibəsi dövründə koreyalı işçiləri qul kimi çalışdırması üçün təzminat ödəməyə məhkum etməsindən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. Yaponiya hökuməti iki ölkə arasında hələ 1965-ci ildə münasibətlərin sahmana salındığında bu məsələnin də qəti həll olunduğunu qeyd edərək məhkəmə qətnaməsinin əsassız olduğunu bildirmişdi.

– Vergilər qəzeti

Son xəbərlər
Digər xəbərlər