17 C
Baku
Monday, May 6, 2024

Canet Yellen yenidən defolt riski barədə xəbərdarlıq edib

ABŞ-ın maliyyə naziri Canet Yellen yenidən Konqres liderlərinə məktub göndərərək, hakimiyyət orqanlarının milli borc limitini artırmadan iyunun 1-dək öhdəliklərini yerinə yetirə bilməyəcəklərini bildirib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Biz hələ də hesab edirik ki, Konqres iyunun əvvəlinə və potensial olaraq ayın 1-nə qədər borc tavanını artırmaq və ya ləğv etmək üçün tədbirlər görməsə, Xəzinədarlıq hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək”, – deyə Yellen söyləyib.

Maliyyə naziri mayın əvvəlində də Konqres liderlərinə oxşar məktub göndərib. Bir çox respublikaçılar büdcə islahatları olmadan dövlət borcunun səviyyəsinin artırılmasının əleyhinədirlər. ABŞ Prezidenti Co Bayden Konqreslə xərclərin azaldılmasını müzakirə etməyə hazırdır olsa da, ölkənin defolt təhlükəsi altında olmadığını hesab edir. Mayın 13-də o, danışıqlarda irəliləyiş barədə məlumat verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər