15 C
Baku
Sunday, November 24, 2024

Rusiya-Ukrayna müharibəsinin 18-ci günü

22:55 -Ukrayna-Rusiya danışıqlarının dördüncü raundu martın 14-də baş tutacaq

Qeyd edək ki, bundan əvvəlki danışıqlar Belarusda baş tutub və humanitar məsələlərlə bağlı bir sıra razılıq əldə olunub


22:48 – Fevralın 26-dan martın 4-nə qədər Rusiyada qiymətlər 11%-ə qədər bahalaşıb və bəzi məhsulların qıtlığı müşahidə olunur

1998-ci il böhranından bu yana ölkədə belə vəziyyət ilk dəfə müşahidə olunur


20:20 -Beynəlxalq Valyuta Fondu Ukrayna ətrafındakı vəziyyətin qlobal maliyyə böhranına səbəb ola biləcəyinə inanmır, baxmayaraq ki, bunun nəticələri bir sıra ölkələrə təsir edəcək – BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva CBS televiziyasında deyib


18:16ABŞ Ticarət Nazirliyi martın 16-dan etibarən Rusiyaya idxalı mümkün olmayan malların siyahısını dərc edib.

Bunlar spirt

– siqaret və tütün

– kosmetika və parfümeriya

– qadın çantaları və çamadanlar

– təbii xəz məhsulları, ipək, xalçalar

– qiymətli daşlar və zərgərlik əşyaları

-motosikletlər, bahalı avtomobillər, elektromobillər, pianolar, qol saatları, sənət əşyalarıdır


18:13 -“Dunkin’Donuts” Rusiyaya bütün investisiyalarını dayandırdı


17:58 -Rusiyanı tərk edən qlobal dünya şirkətlərinin sayı 200-ə çatıb


17:14 -Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşə qarşı olmadığını deyib


16:49 -Fransa xarici işlər naziri: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları martın 13-də qüvvəyə minməlidir

15:36 -Rusiya Federasiyası Mərkəzi Bankının 300 milyarda yaxın qızıl-valyuta ehtiyatı sanksiyalara görə dondurulub


14:34 -Türkiyə vətəndaşlarının Mariupoldan çıxarılması üçün Rusiyadan dəstək istəyib – Çavuşoğlu bildirib


12:16 -Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər – Josep Borrell


11:00 -İvano-Frankovskda Rusiya Ordusu yenidən hava limanına zərbələr endirib


9:49 -Zelenski: “Rusiyadan müharibənin bitəcəyinə dair siqnallar var”

https://t.me/Banker_az/6608


 

8:00 -“PayPal” elektron ödəniş sistemi martın 18-dən Rusiyada elektron pul kisələrini bloklayacaq


4:55 -İsrail Rusiya-Ukrayna danışıqlarında vasitəçi ola bilər


4:40 -Xerson vilayətinin Skadovsk rayonu rus işğalçılarından tam azad edilib.


21:03 – Rus ordusu “LXR” qüvvələri ilə birlikdə Novoandreyevka, Kirilovka, Molodejno və Vozqorye kəndlərini nəzarətə götürüb – Rusiya Müdafiə Nazirliyi


20:42 -Qazaxıstanın “Qazaq Air” şirkəti martın 13-dən Rusiyaya uçuşları bərpa edəcək


19:53 -Bayden Ukraynaya əlavə 200 milyon dollara qədər hərbi yardım göstərmək üçün memorandum imzalayıb


19:47 -KİV: Yaxın saatlarda Rusiyaya qarşı yeni sanksiyalar açıqlana bilər


19:41 -“Colgate-Palmolive” şirkəti Rusiyaya tədarükü məhdudlaşdırıb


18:36 -Zelenski Ukrayna Ordusunun 1300 hərbçisini itirdiyini açıqlayıb


18:34 Zelenski: Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var, Kiyev onları hətta kreditlə almağa da hazırdır


18:33 -Almaniyanın “Commerzbank” bankı Rusiyada fəaliyyətini dayandırıb


17:31 -“Sony Pictures” Ukraynada baş verən hadisələr fonunda Rusiyadakı bütün fəaliyyətini dayandırıb


16:17 -Rusiyada dollar bahalaşandan sonra Moskvada dollar növbəsi yaranıb


13:40 -Rusiyalı milyarderlərin itkisi 108 mlrd. dollara çatdı


12:24 -eBay Rusiyadan malların satışını qadağan edir


12:18 -Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 12 mindən çox canlı qüvvəsini itirdiyini bildirib


11:45 -Ukraynada Kiyev və Belaya Çerkov şəhərləri arasında yerləşən Vasilkov şəhərində neft anbarı yanıb

Neft anbarında yanğın aviazərbədən sonra başlayıb.


11:00Ukrayna hava müdafiəsi qüvvələri və aviasiyası ötən gün Rusiya ordusuna məxsus 4 helikopteri, “Forpost-M” tipli 1 ədəd dronu, “Su-34” tipli 1 ədəd qırıcı bombardmançı təyyarəni məhv edib, düşmənin zirehli texnika karvanlarına 10-dək zərbə endirib.


9:57 -Yaponiyanın “Kao” kosmetik şirkəti Rusiyaya tədarükünü mümkün qədər azaltdığını bildirib


9:16 -Almaniyanın ən böyük banklarından olan “Deutsche Bank” Rusiyada fəaliyyətini dayandırdı


8:13 -ABŞ Novikombank-ın sədrinə və top-menecerlərinə qarşı sanksiyalar tətbiq edib


8:10 -Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya və Rusiya üzərindən uçuşları dayandırıb


23:13 -Fitch Rusiyanın 11 enerji şirkətinin reytinqini “CC” səviyyəsinə endirib


22:00 -Amerikan şirkəti “Herbalife Nutrition” da Rusiya bazarını tərk edir


21:30 -YouTube Rusiya dövləti tərəfindən maliyyələşdirilən media kanallarını dərhal bloklayacağını bildirib


21:18Roskomnadzor: Instagram 14 mart saat 00:00-da Rusiyada bloklanacaq.

Roskomnadzor aktiv istifadəçilərə video və foto yükləmək üçün vaxt vermək qərarına gəlib


20:56 -Dünya tütün sənayesinin liderlərindən biri “British American Tobacco” şirkəti Rusiyadan çıxdığını elan edib


20:55 -ABŞ Rusiyadan spirtli içki, kürü və brilyant idxalına qadağa qoyub


20:50 “ABŞ Rusiyaya dollar əskinaslarının tədarükünə qadağa qoyub” – Bu barədə ABŞ prezidenti Co Bayden sərancam imzalayıb


20:00 -ABŞ hakimiyyət orqanları Rusiya iqtisadiyyatının istənilən sektoruna yeni investisiyaları qadağan etmək səlahiyyəti alacaq – Ağ Ev bildirilib


19:49 -Bayden: Rusiya ilə NATO arasındakı münaqişə üçüncü dünya müharibəsi olacaq, bundan qaçmaq lazımdır


18:53 -ABŞ Rusiyadan alkoqol və dəniz məhsullarının idxalını qadağan etməyi planlaşdırır


18:37 -Makron: Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır


18:13 -Nestle Rusiyadan vacib olmayan qida məhsullarının ixracını və idxalını dayandırır


18:12 -Roskomnadzor Rusiyada “Ruslara qarşı zorakılıq çağırışlarına görə” Instagram sosial şəbəkəsinə girişi məhdudlaşdırıb


17:55 Ukrayna NATO-ya üzv olub-olmamaq barədə özü qərar verməlidir, Stoltenberq deyir.


 17:46 Zelenski Rusiyanı Suriyalı “qatilləri” Ukraynada döyüşmək üçün işə götürdüyünə görə qınayıb.


 17:20 Ukraynanın İqtisadiyyat Nazirliyi və Avropa dövlətlərinin hökumətləri Rusiya Federasiyası Mərkəzi Bankının həbs edilmiş qızıl-valyuta ehtiyatlarının 415 milyard dollarını, müharibənin nəticələrinin kompensasiyası kimi Ukraynaya köçürülməsi mexanizmini axtarır.


 16:56 Zelenski bildirir ki, Ukrayna artıq qələbəmizə doğru gedir.

“Layiq olduğumuz nəticəni əldə etmək, qalib gəlmək üçün öz yerimizdə əlimizdən gələni edək.

Hələ neçə günə ərazilərimizi azad edəcəyimizi demək çətindir. Amma deyə bilərik ki, biz bunu edəcəyik. Çünki biz buna doğru irəliləyirik. Ukrayna Rusiya ilə müharibədə strateji qırılmaya nail olub. Biz artıq qələbəmizə doğru gedirik”.


 16:56 Rusiyanın 29-ci ordusunun komandanı, general-mayor Andrey Kolesnikov öldürülüb.


 16:00  — Aleksandr Lukaşenko Putinlə görüşdə bunları deyir:

    • Lukaşenko Moskvada Avrasiya İqtisadi İttifaqı və KTMT formatında toplaşmağı təklif edir: Toplantıya səbəb “sanksiyalar altında necə yaşamağı müzakirə etməkdir”.
    • Rusiyanın qabaqlayıcı zərbəsi olmasaydı, Ukrayna Belarusa hücum edə bilərdi.
    • İlin sonuna qədər insanlar Ukraynadakı münaqişəni unudacaqlar.

 15:32 Putin Lukaşenkoya bildirib ki, Ukrayna ilə danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.


 15:30 Putin: “SSRİ həmişə sanksiya şəraitində yaşayıb və uğur qazanıb”


 15:32 Putin əmindir ki, sanksiyalar Rusiyanı iqtisadi və texnoloji suverenliyini gücləndirmək üçün fürsətdir.


 14:36  —Peskov bunları deyir:

    • Vəziyyət tamamilə misilsizdir. Ölkəmizə qarşı belə iqtisadi müharibə heç vaxt olmayıb. Ona görə də nəyisə proqnozlaşdırmaq çox çətindir.
    • Rusiya və Ukrayna liderləri görüşə bilər.
    • İndi proqnoz vermək yox, hərəkətə keçmək lazımdır ki, mənfi nəticələri və gələcək riskləri minimuma endirmək mümkün olsun.
    • İnflyasiya ilə bağlı: Bizim hökumətdə qərargahımız var, ona Baş nazir Mixail Mişustin rəhbərlik edir. Sabitləşmə üçün lazım olan hər şey ediləcək.

 14:36  —Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya və Ukrayna liderləri görüşə bilər.


 14:33 Rusiya şirkətlərin məlumatlarına girişi məhdudlaşdırır

Rusiya Dövlət Duması tərəfindən təqdim edilən sənəd ölkənin milli maraqlarını xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub.


 14:20  — Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breto deyib ki, ittifaq Rusiyadan yanacaq idxalına son qoymaq üzərində çalışır.


 14:19  — NATO-nun Baş katibi Yens Stoltenberq: “Türkiyənin təşəbbüslərini müsbət qiymətləndirirəm. Prezident Putin savaşı dayandırmalı və əsgərlərini Ukraynadan çıxarmalıdır. Bu müharibə Ukraynadan başqa ölkəyə keçməməlidir. Ukraynaya dəstək verməliyik. Türkiyə Ukraynaya hərbi və iqtisadi dəstəyini davam etdirir”


 14:10  — Ukraynaya dəstəyimiz davam edəcək, Putin uduzmalıdır – Britaniya XİN başçısı

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada uğursuzluğa düçar olana və Ukraynada suverenlik bərpa olunanadək biz mübarizəyə davam edəcəyik.

Putin uduzmalıdır. Əks halda ciddi nəticələr gözlənilir”.


 13:40  — Ukrayna Silahlı Qüvvələri Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini azad edib.


 13:29  — Yens Stoltenberq NATO-nun bütün müttəfiqlərindən Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsini gözlədiyini bildirib və bu mövqeyini Çavuşoğluna çatdırıb. (CNN Türk)


 13:27  —Qazaxıstanın SCAT aviaşirkəti Rusiyaya uçuşların sayını artırır və bu istiqamətdə yeni marşrutlar açır.


 13:17  —BMT bildirir ki, Rusiyanın 24 fevraldakı işğalından sonra 2,5 milyon insan Ukraynanı qaçqın kimi tərk edib.


 12:50  McDonald’s RİA Novosti-yə bildirib ki, martın 14-dən Rusiyada restoranların işini dayandırmağı planlaşdırır. 

Şirkət həmçinin Rusiya işçiləri və təchizatçıları qarşısında öhdəliklərini yerinə yetirmək üçün ayda 50 milyon dollara qədər xərcləmək niyyətində olduğunu bildirib.


 12:36 Putin Yaxın Şərqdən Ukraynaya könüllülərin göndərilməsi ideyasını dəstəkləyib.


 12:35  —Yaxın Şərqdən “DXR” və “LPR”-də “xüsusi əməliyyatda” könüllü iştirak etmək üçün 16 minə yaxın müraciət daxil olub. – Rusiya MN Sergey Şoyqu


 12:06  — Macarıstanın baş naziri Orban deyib ki, Aİ Rusiya qazı və ya neftinə sanksiya tətbiq etməyəcək


 11:26  — Ukrayna Prezidenti Vladimir Zelenski Kanada parlamentində çıxış edəcək. Zelenskinin müraciətindən əvvəl Kanadanın Baş naziri Castin Trüdo giriş sözü ilə çıxış edəcək.


 11:24  —Britaniya kəşfiyyatı: Rusiya Kiyevə yeni hücum planlaşdırır.

“Rusiyanın işğaldan əvvəlki planında qeyd olunan məqsədlərə uğurla nail olması barədə ehtimal çox azdır”.


 11:23  — Polşa sərhədçiləri bildiriblər ki, Rusiya xüsusi əməliyyatı başlayandan bəri 1,5 milyondan çox insan Ukraynadan Polşaya gedib.


 11:19  —Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Donetsk vilayətinin Volnovaxa şəhəri rus ordusunun nəzarətinə keçib.


 11:10  — Mixail Mişustin yerli çörək istehsalçılarına dəstək üçün 2,5 milyard rubl ayrılması haqqında sərəncam imzalayıb.


 10:23  — Çinin Baş naziri Li Keqiang Ukrayna böhranı ilə bağlı Pekinin mövqeyini şərh edərkən bildirib ki, Çin həmişə müstəqil sülhsevər xarici siyasət yürüdür və heç bir üçüncü tərəfə zərər vermədən ikitərəfli münasibətləri inkişaf etdirib.


 10:04  —BELTA xəbər verir ki, Lukaşenko Putinlə danışıqlar üçün Moskvaya gedib.


 09:57  — Moskvadan Bakıya uçuş biletinin qiyməti 1000 manatı keçib.


 09:50 “Reuters”  yazır ki, Bayden Rusiya ilə ticarət əlaqələrinə son qoyacaq.


 09:20  — “Marriott” Rusiyada fəaliyyətini dayandırır


 09:00  — Aİ Rusiya və Belarusu hədələyib: Müharibəyə görə məsuliyyət daşıyacaqlar.


 08:56  — Disney Rusiyadakı biznesini bütün istiqamətlər üzrə saxladı.


 08:54  —Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, ölkə parlamentində NATO-ya qəbul məsələsi ilə bağlı dinləmələr keçiriləcək.


 08:52  —ABŞ Prezidenti Cozef Bayden cümə günü Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı yeni tədbirlərini açıqlayacaq.

“Saat 10.15-də (Bakı vaxtı ilə saat 19:15) Prezident Rusiyanı daha da məsuliyyətə cəlb etmək üçün fəaliyyəti elan edəcək.


 08:51  — Türk Hava Yolları ruslar üçün bilet satışına məhdudiyyət qoymadıqlarını bildirib.


 08:50  —Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün irəli sürdüyü tələbləri qəbuledilməz adlandırıb.

“Mən realist olmalıyam. Biz Prezident Putinlə daim danışıqlarda iştirak edirik. Müharibənin başlanmasından əvvəlki son dəqiqələrə qədər və onun müharibənin başlandığını elan etməsindən sonra. Biz danışıqlar aparmağa və atəşkəsə nail olmağa çalışırıq. Amma mən etiraf etməliyəm ki, Putinin irəli sürdüyü şərtlər heç kim üçün qəbul edilmir”.


 07:40 —ABŞ-ın ən böyük bankı “JPMorgan” Rusiyadakı fəaliyyətini dayandırır.

 07:38 — Türkiyənin “Pegasus” şirkəti Rusiyaya uçuşları dayandırdı


 07:37 —Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya bütün uçuşları dayandırıb.

Bu, Rusiyaya və onun ərazisi üzərindən kommersiya uçuşlarının sığorta təminatının dayandırılması ilə əlaqədardır.

 05:54 —Ukraynanın müdafiə naziri: Müharibədə qələbə arzu ediləndən gec ola bilər.


 05:30 —Avropa İttifaqının liderləri Ukrayna ilə əlaqələri və tərəfdaşlığı daha da gücləndirmək niyyətlərini bildiriblər, ölkənin Aİ üzvlüyünə namizəd statusunun verilməsindən söhbət getmir.


 05:00 — Rusiya martın 31-dək buğda, çovdar, arpa, qarğıdalıya və şəkərin ixracına müvəqqəti qadağa qoyub. Bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


 04:47 — İsveçin Baş naziri Maqdalena Andersson bildirib ki, hazırda ölkəsinin NATO-ya daxil olmaq planı yoxdur.

 04:40 — Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Rusiyada tətbiq edilən sanksiyalara görə defoltu istisna etməyib.


 04:32 — “Warner Music” Rusiyadakı bütün əməliyyatlarını dayandırıb.


 03:58 — Zelenski deyib ki, Humanitar dəhliz üçün lazım olan hər şeyi etsək də, Rusiya atəşi dayandırmadı.


 03:25 — “Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.


 02:00 —KİV bildirir ki, Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:

    • NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.
    • Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.
    • Krımın Rusiya ərazisi kimi tanınması.
    • Qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərinin Ukrayna tərəfindən tanınması.
    • “Denasifikasiya”. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.
    • “Ukraynanın demilitarizasiyası”. İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina.

 00:04 —Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil.


Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər