16 C
Baku
Wednesday, May 15, 2024

🔴 CANLI: İsraildə son durum

16:07 – İsrail Müdafiə Ordusu HƏMAS-ın yaradıcılarından biri, “Əbu Üsama” ləqəbli Şeyx Əbdülfəttah Duxanı məhv edib.

Bu barədə “İsrailin səsi” radiosu məlumat yayıb.

Bildirilib ki, İsrailin HƏMAS-a cavab hücumundan sonra Qəzza zolağındakı vəziyyətlə bağlı peykdən görüntülər də yayılıb.

***

14:06 – Qəzza zolağında ölənlərin sayı 1 055, xəsarət alanların sayı isə 5 184 nəfərə çatıb.

***

10:11 – Qəzza hazırda:

***

09:33 – İsrail Silahlı Qüvvələri dünən gecə Qəzza zolağının Beyt-Hanun şəhərində HAMAS-ın 80-dən çox hədəfinə zərbə endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun Telegram kanalında dərc edilən mesajda deyilir: “Gecə ərzində döyüşçülər Qəzza zolağında Beyt-Hanunda 80-dən çox hədəfi vurub.

Hədəflər arasında İsrail ordusunun HAMAS tərəfindən istifadə edildiyini bildirdiyi iki bank şöbəsi, tunel və HAMAS-ın iki əməliyyat idarə mərkəzi olub”.

***

09:17 – HAMAS-ın Əl-Qəssam Briqadaları hərbi qolunun komandiri Məhəmməd Əd-Deyfin evi İsrail Müdafiə Qüvvələrinin hücumuna məruz qalıb, onun ən yaxın qohumları həlak olub.

Bu barədə “Haaretz” məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrail Ordusu onun Xan Yunisdəki evinə hücum edib.

Onun atası, qardaşı, uşaqları və digər qohumları öldürülüb.

Komandirin özünün taleyi barədə məlumat verilmir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hərbçilərin Qəzza zolağında Əl-Furqan bölgəsində 200-dən çox hədəfə zərbələr endirdiyi bildirilib.

Fələstin HƏMAS hərəkatının hərbi qanadının rəhbəri Mohammed Deif İsrailə qarşı hücumun arxasındadır və artıq 1000-dən çox ölkə sakininin həyatına son qoyub. “The Financial Times” yazır ki, İsrail kəşfiyyatı onu 20 ildən artıqdır ki, ovlayırdı.

Oktyabrın 7-də, İsrailə misli görünməmiş hücumun başlamasından cəmi bir neçə saat sonra, Deif tərəfindən edildiyi iddia edilən video çəkiliş internetdə yayımlandı. Alaqaranlıqda üzünü görmək çətin olan yaraqlı Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib. Onun sözlərinə görə, Həmas fələstinlilərə qarşı cinayətlərə və beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayan, lakin ABŞ və digər Qərb ölkələrinin dəstəyindən istifadə edən “işğalçıların orgiyası”na son qoymaq qərarına gəlib.

***

09:03 – İsraildə HƏMAS-ın hücumu nəticəsində ölənlərin sayı 1 200-ə çatıb, yaralı sayı isə 2 700-ü ötüb.

***

11.10.2023, 00:44 – Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi “Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, 4500 nəfər xəsarət alıb.

Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.

Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.

Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.

HAMAS-ın hücumu nəticəsində isə 1000-dən çox israilli ölüb.

Qarşıdurmalar nəticəsində 3400 İsrail vətəndaşının isə yaralandığı qeyd olunub.

***

17:24 – HƏMAS-ın iqtisadiyyat naziri dünən gecə öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“Bu gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə HƏMAS terror təşkilatının iqtisadiyyat naziri Cavad Əbu Şamalanı öldürüb. O, təşkilatın maliyyəsini idarə edirdi və Qəzza zolağının daxilində və xaricində terrorizmin maliyyələşdirilməsi və yönləndirilməsi üçün vəsait ayırırdı. Əvvəllər o, terror təşkilatında təhlükəsizlik postlarında çalışıb və İsrail dövlətinin vətəndaşlarına zərər vurmaq üçün bir sıra əməliyyatlara rəhbərlik edib”, – məlumatda qeyd olunub.

Əbu Şamala həmçinin HAMAS-ın Siyasi Bürosunun üzvü idi.

65254f7add2d665254f7add2d7169694399465254f7add2d265254f7add2d4

***

16:39 – HƏMAS-ın silahlı qanadı Tel-Əvivdə yerləşən Ben Qurion beynəlxalq hava limanını atəşə tutduğunu bəyan edib.

Bu barədə TASS məlumat yayıb.

***

16:20 – Benyamin Netanyahu Qəzza zolağına hücumların videosunu yayımlayıb.

***

16:14 – İsrail hökuməti Avropa ölkələri də daxil olmaqla, 360 min ehtiyatda olan hərbçisinin çağırılması ilə bağlı qərar qəbul edib.

***

16:04 – Qəzzada həlak olanların sayı 765 nəfərə çatıb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Daha 4000 nəfərin isə yaralandığı bildirilib.

Nazirliyin məlumatında qeyd olunub ki, internet kəsintiləri həlak olanların sayını yenilənməsinə təsir edir.

***

14:02 – İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı hücuma başladığını bəyan edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” hesabında məlumat verilib.

“İndi İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının terror hədəflərinə qarşı genişmiqyaslı hücuma başlayır.

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın terror hədəflərinə böyük intensivliklə hücumu davam etdirir.

İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağı boyunca HƏMAS terror təşkilatının bir sıra terrorçu hədəflərinə hücum edib. Təyyarələr hərbi birləşmə ilə yanaşı, silah anbarına zərbələr endiriblər. Həmçinin, HƏMAS-ın İsrail dövlətinə qarşı terroru istiqamətləndirmək üçün istifadə etdiyi Qərbi Cəbəliyyədəki döyüş idarəetmə mərkəzinə hücum edilib”, – məlumatda qeyd olunub.

***

10:27 – İsrail Silahlı Qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinə daxil olub, küçələrdə silahlı toqquşmalar davam edir.

***

10:13 – “İsrail HƏMAS-a qarşı müharibədə qalib gələcək”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, İsrail HƏMAS-a qarşı heç vaxt olmadığı kimi kütləvi hücuma hazırlaşır: “Qəzza zolağına endirilən zərbələr yalnız başlanğıcdır”.

O, müxalifət liderlərini ilkin şərt olmadan milli birlik hökuməti yaratmağa çağırıb: “Biz hamımız birik, birləşəndə ​​isə qalib gəlirik”.

***

09:09 – İsrail ordusu Qəzza zolağında HƏMAS yaraqlılarının olduğu 1707 hədəfi məhv edib.

Bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, İsrail hərbçiləri 475 raket buraxılış qurğusunu, 73 hərbi obyekti, 24 strateji hərbi strukturu və 22 yeraltı obyekti vurub.

Hərbi hədəflər və tunellər hava və dənizdən endirilən zərbələrlə məhv edilib.

***

03:05 – ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb və yaxın günlərdə əlavə vəsait açıqlayacaq.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

“Biz İsraildən əlavə sorğular gözləyirik və onların ehtiyaclarını mümkün qədər tez və ən yaxşı şəkildə qarşılamağımıza çalışacağıq” – Kirbi bildirib.

Kirbi əlavə edib ki, “əlavə təhlükəsizlik sistemlərinin ilk partiyası artıq yoldadır.

***

01:03 – İsrailin Fələstinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 687-yə çatıb.

***

10.10.2023, 00:02 – HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb.

***

20:37 – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub. Danışıq zamanl İsrail və Fələstində baş verən hadisələr və regional gərginliklə bağlı son vəziyyət müzakirə edilib.

***

19:35 – İsrail HƏMAS ilə münaqişə fonunda Tamar qaz yatağında hasilatı dayandırıb. İndi İsrail enerji ehtiyaclarını ödəmək üçün alternativ yanacaq axtarmağa məcburdur. Ölkə iqtisadiyyatın qaz sektorunda da fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

***

16:33 – İsrailin baş naziri Benyamin Netanyahu: “Sizdən möhkəm dayanmağınızı xahiş edirəm, çünki biz Yaxın Şərqi dəyişdirəcəyik”.

***

15:55 – Qətər HƏMAS-la danışıqlara rəhbərlik edir.

Bu barədə “Reuters“ məlumat yayıb.

 

Qeyd olunub ki, HƏMAS-ın girov saxladığı israillilərlə İsrail həbsxanalarında saxlanılan fələstinliləri dəyişdirmək üçün danışıqlar davam edir.

Qətərdən olan vasitəçilər HƏMAS rəsmiləri ilə təcili danışıqlar apararaq, silahlı qrup tərəfindən ələ keçirilən və Qəzzada saxlanılan qadınlarla uşaqların müqabilində İsrail həbsxanalarında saxlanılan 36 nəfər qadın və uşağın azad edilməsi üçün danışıqlar aparmağa çalışıblar.

Bildirilib ki, ABŞ ilə koordinasiyalı şəkildə aparılan danışıqlar pozitiv məcrada davam edir.

***

15:16 – İsraildə ölənlərin sayı 800-ə çatıb, 2382 yaralı var.

***

15:09 – HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.

Bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda “Telegram” hesabında bildirib.

“Bu gün Qəzza zolağınının bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub”, – o paylaşımında bildirib.

***

13:42 – İsrail Qəzzanı tam mühasirəyə alacaq.

Bu barədə İsrail müdafiə naziri Yoav Qallant əmr verib.

“Mən Qəzzanın tam mühasirəyə almağı əmr etmişəm. Oraya nə elektrik, nə qida, nə yanacağın təchizatı olacaq”, – nazir qeyd edib.

***

13:33 – İsrail ordusu HƏMAS-ın tamamilə məhv edilməsi mərhələsinə keçdiyini açıqlayıb.

Bu barədə xarici KİV məlumat yayıb.

Həmçinin qeyd olunub ki, nəzarətə götürülmüş ərazilər hələ də tam təmizlənməyib.

İsrail ordusundan bildirilib ki, HƏMAS lideri Yəhya Sinvar ölümə məhkumdur.

***

13:17 – İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib.

Məlumata görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.

***

13:12 – İndiyə olan məlumata görə, HƏMAS-ın hücumu nəticəsində İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Azərbaycanın İsraildəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail arasında mütəmadi hava reysləri davam etdirilir.

Səfirlik bildirib ki, İsraildəki vəziyyətlə əlaqədar təxliyə olunmaq üçün müraciət halları azdır.

***

13:10 – İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddəki bütün şəhərlərə nəzarəti bərpa edib.

Bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari bildirib.

Qeyd olunub ki, son hadisələr və hərbi gərginlik fonunda ölkədə elan olunmuş səfərbərlik nəticəsində 48 saat ərzində 300 min nəfərə yaxın hərbçi ordu sıralarına cəlb edilib. Bu, İsrail tarixində ən böyük səfərbərlik kimi qeyd olunub.

***

11:54 – İsrailin “Sanxanim” 35-ci hava-desant briqadası Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən yaşayış bölgələrini, o cümlədən Sderot şəhərini terrorçulardan təmizləyir.

Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyatda briqada komandiri polkovnik Ami Biton, onun müavini polkovnik-leytenant Qidi Eliast və 890-cı “Efe” paraşüt-desant taborunun komandiri polkovnik-leytenant Dor Menşaiuf da birbaşa iştirak edir.

Məlumata görə, sərhədyanı ərazilərin terrorçulardan azad edilməsinə ehtiyatda olan 98-ci “A-Eş” hava-desant diviziyasının döyüşçüləri də cəlb olunub.

***

11:39 – Fələstin Səhiyyə Nazirliyi Qəzzada ölənlərin sayının 493-ə yüksəldiyini bildirib.

***

11:28 – HƏMAS yeni bir qrup İsrail əsgərini girov götürdüyünü iddia edir.

***

11:27 – İsrail ordusu ehtiyatda olan 100 min hərbçisini səfərbərliyə cəlb edib.

***

09:17 – Minlərlə İsrail vətəndaşı kimi ailəm və mən də saatlarla sığınacaqda qalmalıyıq.

Bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X”da paylaşıb.

“Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması və terrorçular tərəfindən onların pis rəftara və zorakılığa məruz qoyulması məni dəhşətə gətirir”, – deyə qeyd olunub.

Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.

***

09.10.2023, 00:30

Fələstinin HƏMAS yaraqlılarının İsrailə hücumu zamanı Müdafiə Qüvvələrinin 44 üzvü həlak olub.

Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, yüzlərlə HƏMAS üzvü öldürülüb.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.

_______________________________________________

08.10.2023

16:00 – İsrail rəsmi şəkildə müharibə vəziyyətini elan etdi

_______________________________________________

13:12 – İsrail Müdafiə Ordusu 400-dən çox HƏMƏS yaraqlısını zərərsizləşdirib

___________________________________________________

11:28 – İranın himayə etdiyi Livanın Hizbullah qruplaşması İsrail Müdafiə Qüvvələrinin mövqelərinin atəşə tutduğunu etiraf edi

__________________________________________________

11:00 – İsraildə terrorçuların hücumu nəticəsində azı 350 nəfər ölüb

________________________________________________

9:16 – İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini vurub

_____________________________________________________

8:59 – İsrailin Müdafiə naziri: “15 il əvvəl Cənub Komandanlığının rəhbəri kimi HƏMAS-ın boynunu qırmağa çox yaxın idim. Siyasilər tərəfindən dayandırıldım. Daha belə olmayacaq. Qarşıdakı 50 il ərzində Qəzzadakı reallığı dəyişdirəcəyik. Daha əvvəl olan artıq olmayacaq.

___________________________________________________

8:45 – BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı növbədənkənar iclası keçiriləcək

________________________________________________________

8:38 – “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsi başa çatıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağından hücuma cavab olaraq “Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsinin başa çatdığını və terrorçuların əksəriyyətinin məhv edildiyini açıqlayıb.

________________________________________________________

00:16 – BMT Təhlükəsizlik Şurası HƏMAS-ın hücumları və İsrailin Qəzzanı davam etdirdiyi bombardmanlardan sonra bazar günü iclas keçirməyə hazırlaşır.


00:13 – İsraildə ölənlərin sayı 290-ı ötüb


07.10.2023

23:36 – İsrail baş naziri Benyamin Netanyahu:

“HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik.”


10:09 – İsrail Milli Fövqəladə Hallar Xidməti: Ən azı 200 israilli ölüb, 1100 nəfərdən çox yaralı var.


19:57 – Türkiyə İsrail və Fələstinə çağırış edib


19:06 – AZAL İsrailə və əks istiqamətdə bütün reysləri ləğv etdi


15:03 – İsraildə fövqəladə vəziyyət elan edilib


14:09 – İsrailə raket hücumları nəticəsində azı 22 nəfər ölüb, 300-dən çox yaralı var


11:56 – İsrail “Dəmir qılınc” antiterror əməliyyatına başlayıb


10:36 – İsrail “müharibə hazırlığı” vəziyyəti elan edib. Qəzza zolağında hədəflərə zərbələr endirməyə başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər