30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 14-cü günü


21:34 -Adidas Rusiyada internet saytını və tətbiqini bağladı, pərakəndə satış mağazaları isə martın 14-də bağlanacaq


20:48 -“Jac’k Danielin” viskisi və Finlandiya arağının sahibi olan Amerikanın Brown-Forman şirkəti Rusiyadakı fəaliyyətini dayandırır


20:36Çernobıl Atom Elektrik Stansiyasının elektrik enerjisi tamamilə kəsilib

Ukrayna XİN başçısı Kuleba qeyd edib ki, Çernobıldakı ehtiyat generatorların cəmi 48 saat gücü qalıb:

“Bu müddətdən sonra işlənmiş nüvə yanacağının saxlandığı anbarın soyutma sistemləri dayanacaq və radiasiya sızması qaçılmaz olacaq. Putinin vəhşi müharibəsi bütün Avropanı təhlükə qarşısında qoyur. Buna dərhal son qoymaq lazımdır”


19:09 -“Nestle” Rusiyaya investisiya qoymağı dayandırdı


16:56  — Böyük Britaniyanın müdafiə naziri ölkəsinin Ukraynaya 3 615 tank əleyhinə silah tədarük etdiyini bildirib.


16:26  — “KFC” və “Pizza Hut” restoranlarının daxil olduğu “Yum! Brands” şirkəti Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.


16:24  — Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina istefa verib.


16:23  —Qazaxıstanın “Air Astana” aviaşirkəti əməliyyat səbəblərindən Rusiya şəhərlərinə bir sıra uçuşları dayandırdığını açıqlayıb.


16:05  —Böyük Britaniya Rusiyaya məxsus şəxsi təyyarəni saxlayıb, Reuters bildirir.

Bildirilir ki, təyyarə Rus milyarderlə əlaqəlidir.


15:42  —Ursula fon der Leyen bildirib ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları 160 rusiyalı iş adamı və parlamentarisini hədəf alacaq.

15:42  —Winston, Davidoff və West siqaret markaları Rusiyanı tərk edib.


15:41  —Rusiyanın mövqeyi bəllidir: Krım – Rusiya regionudur, bunu de-fakto və de-yure tanımaq lazımdır, Luqansk və Donetsk “xalq respublikaları” isə müstəqil dövlətlərdir. – Dmitri Peskov


15:40  —Rusiya Mərkəzi Bankı martın 10-da dolların məzənnəsini 105.81 rubldan 116.08 rubla qədər artırıb.


15:16  —Putin Donbasdan təxliyə edilən yetim uşaqların Rusiya Federasiyasında ailələrə yerləşdirilməsinə mane olan bürokratik gecikmələri aradan qaldırmağı tapşırıb.


15:02  —Rusiya ABŞ-ın ona qarşı “iqtisadi müharibə” apardığını bildirir.


15:00  —Ukrayna Prezidenti Volodimir Zelenski bu gün bunları bildirir:

    • Əgər rus əsgərləri ölkəmizi tərk etsələr, sağ qala bilərlə.
    • 2 həftəlik müqavimətimiz göstərdi ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir. Biz torpaqlarımızı geri qaytaranadək döyüşəcəyik. Komandirlərinizə inanmayın. Ukraynada sizi ölümdən və əsirlikdən başqa nəsə gözləmir.
    • Biz müharibəni bitirməli, sülhə qayıtmalıyıq.

14:56  —Kanadanın baş naziri Castin Trüdo Ukraynanı yeni hərbi texnika ilə təmin edəcəyini bildirib.


14:43  — Palma yağının qiyməti Malaziyadan tonu üçün qiyməti bahalaşaraq $1 938-i ötəcək. Səbəb Qara dəniz üzərindən duru yağ tədarükündə yarana biləcək problemdir.


14:20  —Sumi Regional Hərbi İdarəsinin rəhbəri Dmitro Jivitski bildirir ki, Rusiyanın ötən gün Ukraynanın Sumi şəhərinə endirdiyi aviazərbələr nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər həlak olub.


14:05  —XİN-nin mətbuat katibi Maria Zaxarova bu gün bunları bildirib:

    • Rusiya Federasiyası təxribatların qarşısını almaq üçün Ukraynadakı bir sıra nüvə obyektlərini nəzarətə götürüb, belə bir təhlükə var.
    • Rusiya Federasiyası Çernobıl AES-dəki vəziyyətə nəzarət edir.
    • 2 milyona yaxın insan təxliyə tələbi ilə Rusiya tərəfinə üz tutub.
    • Ümid edirik ki, Rusiya və Ukrayna arasında danışıqların növbəti raundları irəliyə doğru daha mühüm addım atacaq.
    • Rusiya Federasiyasının xüsusi əməliyyatı Ukraynada mövcud hakimiyyəti devirmək məqsədi daşımır

13:35  —Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Türkiyə olaraq ilk gündən soyuqqanlı davrandıq.

“Rusiyanın ədiblərinə sanksiyalar tətbiq edilir. Dostoyevskininn əsərlərinə İtaliyada, fərqli ölkələrdə qadağa qoyulur. Bunların tarixdə Bağdaddakı kitabları yandıran Hulakilərdən nə fərqi var? Bu əsrdə bunları görmək bizi məyus edir. Bu faşist tətbiqlər Ukrayna xalqının mübarizəsinə də kölgə salır. Ölkəmizə sığınanlara qucaq açdıq, ayrı-seçkilik etmədik”.


12:20  —“Fitch Group” Rusiyadakı kommersiya fəaliyyətini dərhal dayandırmaq barədə qərar qəbul edib.


11:36  —WSJ yazır ki, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Rusiya-Ukrayna müharibəsi dövrlərində ABŞ prezidenti Co Baydenlə zəngləri azaldıblar.


11:36  —Ukrayna Silahlı Qüvvələri deyir ki, Rusiyanın indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.


11:20  —Britaniya Rusiyaya qarşı yeni sanksiyalar ekan etməklə, aviasiya, kosmik məhsul və texnologiyalarının Rusiyaya ixracına qadağa qoyulub.


11:00  —Rusiya Mərkəzi Bankı valyuta əməliyyatlarına məhdudiyyətlər qoyub. Martın 9-undan sentyabrın 9-nadək banklar əhaliyə nağd pul satmayacaq. Vurğulanır ki, xarici valyutada əmanətlər hesabın hansı valyutada olmasından asılı olmayaraq ABŞ dolları ilə veriləcək.


10:23  — Beynəlxalq Valyuta Fondu Rusiya ilə müharibədən əziyyət çəkən Ukraynaya dəstək üçün $1.4 mlrd. məbləğində vəsait ayırmağı planlaşdırır.


10:17  — “Kiodo” agentliyi bildirir ki, Yaponiya Ukraynaya tankəleyhinə raketlər və hərbi sursat verməkdən imtina edib. Yaponiya tərəfi bunu sorğunu yerinə yetirməyin hüquqi baxımdan çətin olması ilə əsaslandırıb. Yaponiya hökuməti Ukraynaya qoruyucu jilet və dəbilqələr təqdim etmək qərarına gəlib.


10:12  —Amerika kəşfiyyatı hesab edir ki, Ukraynada 13 günlük müharibə zamanı Rusiya hücumda istifadə etdiyi hərbi texnikanın 8%-dən 10%-ə qədərini itirib.


10:05  — Rusiyada banklar əhalini Çin yuanında depozit yatırmağa həvəsləndirir. İri dövlət bankı martın 9-dan VTB yuanla illik faiz dərəcəsini 8%-ə qədər artırıb. Bu maksimaldır.


09:29  — “Toyota” tezliklə Rusiya bazarına qayıtmaq qərarına gəlib. “Lexus” da ona qoşulduğunu açıqlayıb.


09:20  —  “KFC” və “Pizza Hut” Rusiyaya investisiyaları dayandırır.


09:14  —  CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Uilyam Burns deyir ki, Putin müharibənin ilk iki gün ərzində Kiyevə nəzarəti ələ keçirməyi planlaşdırıbmış.


09:10  — Beynəlxalq Atom Enerjisi Agentliyi Çernobıl nüvə məlumat sistemləri ilə əlaqəni itirdiyini bildirib.


09:01  — “Starbucks” qəhvəxanaları Rusiyadakı fəaliyyətini dayandırır, o cümlədən məhsul tədarükünü dayandırır, bu barədə şirkətin saytında deyilir.


08:21  — ABŞ Dövlət Departamenti öz saytındakı tövsiyələrdə Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmağı və DNT nümunələrini tibb müəssisəsinə təqdim etməyi tövsiyə edib.


08:16  — ABŞ Polşanın hava hücumundan müdafiəsini gücləndirir. “Patriot” zenit-raket kompleksləri Rusiyadan gələn hər hansı təhlükənin qarşısını almaq üçün ölkəyə köçürülür.


07:33  — Makronun Fransadakı reytinqi Ukrayna hadisələri fonunda 33%-ə yüksəlib.


06:12  — Aİ martın 10-11-də keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitinin iştirakçıları Ukraynadakı vəziyyəti, təşkilatın müdafiə və iqtisadiyyatının gücləndirilməsi, eləcə də Rusiyadan enerji resurslarından asılılığın azaldılması məsələlərini nəzərdən keçirəcəklər.


05:37  — Böyük Britaniya istənilən Rusiya təyyarəsinin onun hava məkanına daxil olmasını cinayət hesab edəcək və cəzalandırlacaq.


04:20  — Ukraynada Makarov qəsəbəsindən gələn qaçqınların olduğu avtobus Rusiya ordusu tərəfindən atəşə tutulub.


03:59  — Amerikanın “The New York Times” qəzeti Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlərin yayılması ilə bağlı yeni qanunla əlaqədar jurnalistlərini Rusiyadan müvəqqəti çıxarmaq qərarına gəlib.


03:33  — Amerikanın alkoqolsuz içkilər istehsalçısı “The Coca-Cola Company” şirkəti Rusiyadakı fəaliyyətini dayandıracaq.


03:33  — Blinken tviter hesabında yazıb:

“Bu gün Parisdə Fransa prezidenti ilə görüşmək çox xoş idi. Fransa bir çox ümumi qlobal çağırışlar üzrə daimi tərəfdaş olub və mən Ukraynanı dəstəkləmək, Moskvanın səbəbsiz və əsassız müharibəsinə qarşı çıxmaqda bizim davamlı sıx koordinasiyamızı səbirsizliklə gözləyirəm”.


02:49  — Rusiya çərşənbə günü (9 mart – Red) Moskva vaxtı ilə saat 10:00-dan etibarən sükut rejimi elan edir və Ukraynanın bir sıra şəhərlərindən, o cümlədən Kiyevdən humanitar dəhlizlər açmağa hazırdır.


01:24  — Avropa İttifaqı Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa qoymayacaq.


00:02  — Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.

Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.

O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.

Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər