30 C
Baku
Thursday, June 30, 2022

Rusiya-Ukrayna müharibəsinin 15-ci günü

 17:06  — ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, Rusiya Ukraynanı işğal etməklə Qərb müdafiə alyansı NATO-nu “gücləndirib”.


 16:30  —Zelenski: “Ukrayna ordusu əsas istiqamətlərdə hücumun qarşısını alır”.


16:10  —“Rusiya ilə Ukrayna arasında müzakirə olunan bir çox məsələlər var. Əhatəli sülh razılaşmasının da imzalanması masadadır”.


 15:55  —Bank Rusiya 1 ABŞ dollarını 4.29 rubl, yaxud 3.7% bahalaşırmaqla 120.38 səviyyəsinə qaldırıb.


 15:24  — Çavuşoğlu bildirib ki, tərəflər arzu edərsə, Türkiyə yenidən Rusiya Federasiyası və Ukrayna XİN rəhbərlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.


 15:22  — Çavuşoğlu Lavrov və Kuleba arasında danışıqlardan “möcüzə gözləməməyə” çağırıb, lakin belə bir siyasi dialoqun başlanmasının vacibliyini qeyd edib.


 14:59  — Lukaşenko sabah Moskvada Putinlə görüşəcək.


 14:20  — Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, hazırda Mariupolda rus ordusu tərəfindən havadan hücumlar həyata keçirilir.

“Yaşayış binalarına bombalar düşüb. Şəhərin mərkəzində yerləşən Azov Dövlət Texniki Universitetinin binasında partlayış olub. Dram Teatrının ərazisində də partlayış qeydə alınıb. Həlak olanlar barədə məlumat dəqiqləşdirilir. Raşistlər Mariupolun dinc əhalisinə qəsdən hücum edirlər!”


 14:04  — Rusiya XİN rəhbəri Sergey Lavrov Antaliyadakı görüşdə bunları bildirir:

    • Rusiya danışıqların son raundunda Ukraynaya nizamlanma üçün konkret təkliflər təqdim edib, Ukrayna Rusiyanın layihəsini nəzərə alıb, cavab verəcək.
    • Belarusda Ukrayna ilə danışıqların alternativi yoxdur və biz hazırkı təmasların onları dəyərdən salmayacağından çıxış edirik.
    • Rusiya Üçüncü Dünya müharibəsinin, xüsusilə nüvə savaşının mümkünlüyündən heç vaxt danışmır.
    • Rusiya neft və qaz təchizatından silah kimi istifadə etmədiyib.
    • Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik.
    • Rusiya iqtisadiyyatı özü öz qeydinə qalacaq, ölkə hakimiyyəti bununla məşğuldur.
    • Ukraynaya xaricdən silah göndərilməsini Rusiya təhlükəli hərəkət hesab edir.
    • Biz Ukraynada neonasist ənənənin formalaşmasını istəmirik. Biz Ukraynanın neytral qalmasını istəyirik.

 14:02  — Ukrayan XİN rəhbəri Kuleba bildirir:

    • Ukrayna və Rusiya Türkiyə danışıqlarında atəşkəslə bağlı ‘heç bir irəliləyiş əldə etmədi’.
    • Kiyev münaqişənin diplomatik yolla həllinə hazırdır, lakin hələlik heç bir irəliləyiş yoxdur.
    • Kiyev Rusiyanın irəli sürdüyü tələblərə əməl etmək niyyətində deyil.
    • Danışıqlar ağır keçdi, atəşkəslə bağlı razılıq əldə olunmadı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.

 13:12  — Kreml deyir ki, Rusiya iqtisadiyyatı “misilsiz” iqtisadi müharibə şəraitində şok yaşayır.


 13:03  — Böyük Britaniya hökuməti Rusiya oliqarxlarına, o cümlədən Çelsi klubunun sahibi Roman Abramoviçə sanksiyalar tətbiq edir.

Siyahıda bunlar var:

    • Sechin,
    • Deripaska,
    • Lebedev,
    • Miller,
    • Kostin,
    • Tokarev

 12:20  — Çavuşoğlu və Lavrov Anlalyada görüşdülər.


 11:59  — Ukrayna baş nazirinin müavini İrina Vereşçuk yeddi humanitar dəhlizin açıldığını elan edib.

Image


 11:57  — Epson (printerlər, skanerlər, proyektorlar) Rusiya və Belarusiyaya çatdırılma və satışı dayandırır.


 11:54  — Amerika şirkətləri Mars (Mars, Snickers, M&M’s, Milky Way, Skittles, Twix, Bounty, Pedigree, Whiskas) və Mondelez International (Alpen Gold, Oreo, Milka, Toblerone) Rusiyada reklam və investisiyaları dayandırır.


 11:50  — Litva prezidenti Nauseda Ukraynadakı Rusiya ordusu haqqında:
 
“Mən bu əsgərlərə [rus] baxıram və motivasiya görmürəm, onlar nə üçün döyüşməlidirlər. Putin görə? Onlar üçün Putin kimdir? Heç bir şübhə yoxdur ki, onlar təcavüzkarın ordusu, təcavüzkarın əsgərləridir.”

 11:38  — Rusiya ordusu Mariupolun bir hissəsini ələ keçirdiklərini bildirib.


 11:36  — Avropada qaz fyuçerslərinin qiymətləri Londonun ICE birjasında ticarətin ilk dəqiqələrində 10%-dən çox, min kubmetr üçün 1 600 dollardan aşağı düşüb.


 11:27  — Bloomberg deyir ki, ABŞ “Rosatom”a qarşı sanksiyaları nəzərdən keçirir.


 11:22  — Birjada dollar rubla qarşı yeni rekordu yeniləyib – USD/RUB 121.5 rubl.


 11:16  — Nikol Paşinyan aprelin 9-da Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib.


 11:10  — YouTube Rusiyada premium abunəni dayandırıb


 11:04  — Ukraynanın kibertəhlükəsizlik üzrə yüksək rütbəli məmuru ötən gün “Reuters”ə bildirib ki, Ukrayna hökuməti Rusiyanın işğalçı qüvvələri ölkənin dərinliklərinə doğru hərəkət edərsə, məlumatlarını (əsasən həssas) və serverlərini xaricə köçürmək üçün potensial ehtiyaca hazırlaşır.

Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidmətinin rəis müavini Viktor Jora vurğulyıb ki, onun departamenti fövqəladə hadisə planlaşdırır.


 10:33  — “Toyota” Rusiya bazarını tərk etməyi və Rusiyadakı zavodunu bağlamağı planlaşdırmır”, – deyə şirkətin açıqlamasında bildirilir.


 09:34  — “Rolls-Royce” şirkəti Rusiyaya tədarükünü dayandırıb.


 09:20  — Kanada Ukraynaya 50 milyon dollar dəyərində silah verəcək, bunu Kanadanın Milli Müdafiə naziri Anita Anand deyib.


 08:26  — “Toyota Motor” şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.


 07:50  — ABŞ Konqresinin Nümayəndələr Palatası dünən Ukraynaya 13.6 milyard dollar yardımı təsdiqləyib.


 07:00  — Aİ liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq. Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.


 06:50  — Britaniyanın Disasters Emergency Committee (DEC) adlı QHT-si bildirir ki, Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.


 06:43  — UNİCEF Ukraynanın Mariupol şəhərində doğum evinin bombalanmasını pisləyən bəyanat yayıb.

UNİCEF-in direktoru Ketrin Rassel bildirib: “Mən bu gün Mariupolda doğum evinə hücum barədə xəbərdən dəhşətə gəldim. Hücum zamanı körpə uşaqlar dağıntılar altında qalıb. Mülki əhaliyə və obyektlərə, xüsusən də xəstəxana və məktəblərə hücum yolverilməzdir. UNİCEF dərhal atəşi dayandırmağa və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərə əməl etməyə çağırır. Humanitar təşkilatlara köməyə ehtiyacı olan uşaqlara yardım üçün şərait yaradılmalıdır”.


 06:15  — Zelenski deyir ki, “Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”.


 05:54  — “Sony” Rusiyada “Playstation Store”-un işini, konsol və oyun satışını dayandırıb


 05:41  — Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.


 05:19  — Britaniyanın xarici işlər naziri bildirir ki, Rusiyanı SWIFT-də tamamilə sıradan çıxarmaq lazımdır.

“Biz Rusiyanı daha da təcrid etmək üçün Hindistan və Körfəz ölkələri də daxil olmaqla, bütün dünyada iqtisadi və təhlükəsizlik ittifaqları qurmaq üçün işimizi sürətləndirəcəyik”.


 05:03  — Rəsmi Moskva və Kiyev münaqişəni yalnız iki ölkə prezidentləri arasında birbaşa dialoq yolu ilə həll edə bilər, Volodimir Zelenski bildirib.


 03:57  — ABŞ-ın ən böyük şirkətlərindən olan “Amazon” Rusiyaya mal göndərməyi dayandıracaq.


 03:38  — Ukrayna lideri Qərbin Ukraynaya hərbi dəstəyinin vaxtında yerinə yetirilmədiyini vurğulayıb:

“Bu olmadı. Dedim, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. Bu da edilmədi. İndi işğal altındayıq. Rus birlikləri şəhərlərimizi məhv edir, insanları küçələrdə güllələyir. Anlayırsınız? Hətta qaçqınları da öldürürlər. Raketləri iqamətgahları, universitetləri və kilsələri vurub. Bu, barbarlıqdır. Bəli, silah alırıq, amma barbarlıq qurtarmadığı üçün daha çoxuna ehtiyacımız var”.


 03:11  — Prezident Volodimir Zelenski Ukraynanın beynəlxalq tərəfdaşlarına ölkənin hərbi əməliyyatların davam etdiyi bütün regionlarındakı vəziyyət barədə məlumat verib.

 02:49  — Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə bütün vətəndaşların hərbi vəziyyət zamanı silahdan istifadə etməyə icazə verən qanunu imzalayıb.


 02:46  — Zelenski: “Avropalılar, deyə bilməzsiniz ki, başımıza gələnləri görməmisiniz”


 02:23  — Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Türkiyənin Antalya şəhərinə gedib.


 01:00  — Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir.

 00:35  — Boris Conson: “Doğum evinə hücuma görə Putin məsuliyyətə cəlb olunmalıdır”.


 00:02  — Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib.


Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər