9 C
Baku
Thursday, December 12, 2024

Rusiya-Ukrayna müharibəsinin 30-cu günü

18:20 – Rusiya Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı indiyə kimi olan itkilərini açıqlayıb

Ukraynada əməliyyatlarda indiyə kimi 1351 hərbçinin həlak olduğunu, 3825 nəfərin isə yaralanıb.

17:40 -Rusiya MN: Ukraynanın hərbi hava qüvvələri tamamilə məhv edilib

17:30 -Kuleba: “Ukraynanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyik”

17:05 – Ukraynada müharibə nəticəsində 1.3 milyon uşaq ölkəni tərk edib.

16:20 -BMT bir milyon ukraynalıya ərzaq yardımı etməyi planlaşdırır

15:28 – Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükünə icazə verməyəcək, eləcə də Rusiyanın neft və qazından imtina etməyəcək

14:16Almaniya Rusiyadan idxalı dayandırmaqla bağlı yol xəritəsini açıqlayıb

Bu ilin ortalarına qədər Rusiyadan neft alışı 50%, il sonu isə tam dayandırılacaq. Payıza qədər isə Rusiyadan kömür idxalı dayandırılır. 

13:36 – “Moody’s” Rusiya şirkətlərinin reytinqini ləğv edir

13:30 -Ukrayna ordusu İzyum yaxınlığında Rusiyanın iki qırıcısını vurub

13:09 – Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bildirilib ki, indiyədək 16 100 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 561 ədəd tankı, 1 625 ədəd zirehli döyüş maşını, 291 ədəd artilleriya sistemi, 90 ədəd havadan müdafiə sistemi, 49 ədəd zenit kompleksi, 115 ədəd hərbi təyyarəsi, 125 ədəd helikopteri, 1 089 ədəd nəqliyyat vasitəsi, 5 ədəd gəmi/kater, 72 ədəd yanacaq çəni, 53 ədəd dronu, 18 ədəd xüsusi texnikası məhv edilib.

12:21 -Rusiyanın “Lukoil” şirkətinin neft treyderi olan İsveçrənin “Litasco” şirkəti sanksiyalardan sonra fəaliyyətini məhdudlaşdırır.

Qərbin anti-Rusiya sanksiyalarının ardından “Lukoil” marjinal tələbləri təmin etmək məqsədilə kapital axınını azaltdıqdan sonra şirkətin İsveçrə ticarət qolu əməliyyatlarını məhdudlaşdırıb.

11:18 – Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq

10:20 – Hollandiyanın boya və üzlük istehsalçısı Holland Colors Rusiya və Belarus layihələrinə investisiyaların dayandırıb

10:15 – Yaponiya Rusiyanın daha 80 şirkətinə qarşı sanksiya tətbiq edib

09:31 – ABŞ-ın biofarmasevtik şirkəti “Gilead” Rusiyada bütün vacib olmayan dərman biznesini dayandırır

08:20 – Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Malinovka kəndini Rusiya hərbçilərindən azad edib.

07:35 – Prezident Volodimir Zelenski bu gün G7 ölkələrinin nümayəndələri ilə danışıqlarında onları Ukrayna və bütövlükdə region üçün işğalı 24 saat ərzində dayandıracaq təhlükəsizlik sistemi yaratmağa çağırıb.

07:02 – Bayden Rusiyanın G20-dən çıxarılmasını istəyir.

06:54 -Avropa İttifaqı Rusiyadan Ukrayna ərazisinə hərbi təcavüzünü dərhal dayandırmağı, bütün qüvvə və hərbi texnikanı Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edir, ittifaqın bəyanatında deyilir.

06:26 – NATO-nun Macarıstandakı çoxmillətli döyüş qrupuna ABŞ, İtaliya, Türkiyə, Xorvatiya və Monteneqrodan olan əsgərlər qoşulacaq.

06:03 – Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Çian bildirib ki, ölkəsinin Ukrayna məsələsində Rusiyanı dəstəkləməsi barədə iddialar böhtan atmaq cəhdidir.

05:48 – İspaniya prokurorluğu krallıqda korrupsiya və mütəşəkkil cinayət işlərində əli olduğu iddia edilən Rusiyanın 47 vətəndaşını müəyyən edib.

Siyahıya sahibkarlar Mixail Fridman, İlya Traber, kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) və başqaları daxildir.

05:36 – Rusiya Milli Qvardiyasının OMON “Plastun” əməliyyat bölüyünün tağım komandiri, polis kapitanı Farid Çitav 11 döyüşçüsü ilə birlikdə Ukrayna sərhədini keçməkdən imtina edib.

05:20 – NATO liderləri Brüssel sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi yardıma olan tələbi ilə bağlı çıxışından sonra Ukraynaya daha güclü silahlar göndərməyə hazırdırlar.

05:00 – Bayden: “Ukrayna çətin ki, ərazisinin bir hissəsindən imtina etsin”

04:45 – Almaniya knasleri Olaf Şolts deyir ki, lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik.

03:17 – Ukrayna Prezidenti Volodimir Zelenski: Biz hər zaman çalışırıq. Ölkə sülhə doğru getməli, irəliyə hərəkət etməlidir. Müdafiəmizin hər günü ilə ehtiyac duyduğumuz sülhü daha da yaxınlaşdırırıq və qələbəni yaxınlaşdırırıq. Bu müharibə isə qələbə olmadan mümkün deyil. Belə də olacaq”.

02:32 – Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri və ABŞ Prezidenti Rusiyaya qarşı əlavə sanksiyaları və Moskvanın artıq tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərdən yan keçmək cəhdlərini dayandırmağa hazır olduqlarını müzakirə ediblər.

02:10 – Kanada Rusiya Federasiya Şurasının 160 üzvünə qarşı sanksiya tətbiq edib.

01:00 – ABŞ Prezidenti Cozef Bayden NATO sammiti çərçivəsində Şimali Atlantika alyansının rəhbəri Yens Stoltenberqlə apardığı müzakirələrin mövzusunu açıqlayıb.

00:50 – Fransa prezidenti E.Makron: Misli görünməmiş qida böhranına daxil oluruq.

 

Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər