Cənubi Afrikada səlahiyyətlilər spirtli içkilərin satışını qadağan etmək qərarına gəlib. Banker.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.
Ölkənin prezidenti Siril Ramafosa qeyd edir ki, bu tədbir tibbi təşkilatların fəaliyyətini qorumaq üçün görülüb. Məsələn, koronavirus infeksiyası ilə uğurla mübarizə aparmaq üçün xəstəxanalarda kifayət edəcək qədər çarpayı olmalıdır. “Spirtli içki qəbulu nəticəsində xəsarət alan insanlar”ın sayını azaltmaq məqasədi ilə onların satışını qadağan etmək qərarı qəbul edilib.
Xatırladaq ki, ümumilikdə dünyada koronavirusa yoluxmuş insanların sayı 13 milyonu ötüb və indiyədək 570 mindən çox insan dünyasını dəyişib.