1 C
Baku
Saturday, December 14, 2024

CAR prezidenti koronavirusa yoluxub

Cənubi Afrika Respublikasının (CAR) prezidenti Siril Ramafosa koronavirusa yoluxub.

Banker.az xəbər verir ki, onun COVID-19-a qarşı peyvənd olunduğu bildirilir.

“CAR prezidenti Siril Ramafosa koronavirus testinin müsbət çıxması ilə əlaqədar hal-hazırda müalicə alır”, – deyə mesajda deyilir. Qeyd olunur ki, prezident Keyptaunda keçirilən tədbirə qatıldıqdan sonra özünü pis hiss edib. Cənab Ramafosa həkim nəzarəti altındadır.

Xatırladaq ki, koronavirusun yeni ştamı olan “omikron” (B.1.1.529) noyabrın 25-də CAR-da müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu “narahatlıq doğuran” kimi təsnif edib.

Son xəbərlər
Digər xəbərlər