5 C
Baku
Saturday, December 14, 2024

Cari ildə Avrozona iqtisadiyyatının artacağı gözlənilir

Avropa İttifaqı (Aİ) və Avrozonada inflyasiyanın artacağı və iqtisadi artımın isə zəifləyəcəyi proqnozlaşdırılır.

Banker.az xəbər verir ki, Avropa Komissiyasının “Avropa İqtisadi Proqnozları 2022” hesabatına görə, cari ildə Avropa İttifaqı və Avrozona iqtisadiyyatının 2,7 faiz, 2023-cü ildə isə 2,3 faiz artacağı gözlənilir.

Avrokomissiyanın əvvəlki hesabatında isə Aİ iqtisadiyyatının 2022-ci ildə 4 faiz, 2023-cü ildə 2,8 faiz artacağı, Avrozonada iqtisadi artımın bu il 4 faiz, gələn il 2,7 faiz olacağı proqnozlaşdırılmışdı.

Avropa Komissiyası Avrozona üçün inflyasiya proqnozunu cari il üzrə 3,5 faizdən 6,1 faizə, 2023-cü il üzrə 1,7 faizdən 2,7 faizə yüksəldib. Aİ üçün inflyasiya proqnozu isə 2022-ci il üzrə 3,9 faizdən 6,8 faizə, gələn il üzrə 1,9 faizdən 3,2 faizə yüksəldilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər