25 C
Baku
Saturday, July 27, 2024

“Carlsberg” şirkəti “Baltika” ilə lisenziya müqavilələrini ləğv edib

Danimarkanın “Carlsberg Group” pivə şirkəti Rusiyanın “Baltika” şirkətinə beynəlxalq və regional brendlər də daxil olmaqla, bütün “Carlsberg” məhsullarının istehsalı və satışına icazə verən lisenziya müqavilələrinin ləğvi barədə məlumat verib.

Danimarka şirkəti izah edir ki, lisenziya müqavilələrinə xitam verilməsi Rusiya prezidentinin fərmanına cavabdır. “Carlsberg” həmçinin hesab edir ki, Rusiyada biznesin dəyəri aşağı düşəcək.

“Baltika” Rusiyada səkkiz zavoda malikdir və burada 50-dən çox brend istehsal edir – “Tuborg”, “Kronenbourg”, “Don”, “Arsenalnoe”, “Zatecky Gus” və başqaları.

2023-cü ilin sentyabrında “Baltika” Sankt-Peterburq Arbitraj Məhkəməsinə “Carlsberg”ə lisenziya müqavilələrini ləğv etməyi qadağan etmək üçün iddia qaldırıb.

Son xəbərlər
Digər xəbərlər