Bu qərar VISA İnternational şirkətinin 15 İyun 2015-ci il tarixində Sinqapurda keçirilən iclasında qəbul edildi. “Caspian Development Bank (CDB)” ASC-nin sözügedən sistemin üzvləri sırasına daxil olması VISA-nın beynəlxalq ödəniş kartlarının emissiyasına imkan verəcək, bundan əlavə yeni bank məhsullarının və texnologiyalarının layihələşdirilməsində mühüm rol oynayacaqdır.
Bankımız müştərilərinə VISA-nın 7 çeşiddə məhsulunu – VISA Electron; VISA Classic; VISA Gold; VISA Platinum; VISA İnfinite; VISA Business; VISA Virtual (internet) kartlarını təklif etməyi nəzərdə tutur.