8 C
Baku
Thursday, February 29, 2024

Çavuşoğlu: “Serbiya-Kosova gərginliyini azaltmaq üçün əlimizdən gələni etməyə hazırıq”

“Serbiya-Kosova gərginliyini azaltmaq üçün əlimizdən gələni etməyə hazırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“Serbiya-Kosova sərhədindəki gərginliklə bağlı görə serb və kosovalı həmkarlarımla telefonla danışdım. Türkiyə hər zaman Balkan ölkələrinin sülh və sabitliyinə önəm verir.

Yeni gərginliklərin heç kimə faydası olmaz.

Gərginliyi azaltmaq üçün əlimizdən gələni etməyə hazırıq”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər