28 C
Baku
Saturday, July 27, 2024

Çavuşoğlu: “Türkiyədə 77 ölkənin xilasediciləri dağıntılar üzərində işləyir”

Türkiyədə 77 ölkədən olan 9 400 xilasedici zəlzələnin dağıntılarının təmizlənməsi ilə məşğuldur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

“Biz 99 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Fevralın 13-nə olan məlumata görə, dağıntı zonasında 77 ölkədən 9 401 mütəxəssis işləyir. Daha 747 xilasedici yoldadır. Onlar rotasiya əsasında işləyirlər”, – nazir deyib.

Çavuşoğlu, həmçinin deyib ki, bir sıra ölkələr yardım və çadırların çatdırılması üçün yük təyyarələri verib.

“Azərbaycan, Qətər, BƏƏ, Rusiya yardım edib. BMT-nin müvafiq strukturlarına çadırlar sifariş etmişik. Konteyner şəhərciklərinin yerləşdirilməsi istiqamətində də işlər aparılır. Fakt budur ki, çadırlar sürətli həll yoludur, lakin insanların daha çox uzunmüddətli mənzillərə ehtiyacı var”, – Türkiyənin xarici işlər naziri əlavə edib.

Son xəbərlər
Digər xəbərlər