9 C
Baku
Thursday, December 12, 2024

Ceff Bezos: “Ən yaxşılardan biri olmaq kifayət deyil”

Sıfır məbləğli oyunlar təəccüblü dərəcədə nadir hallarda rast gəlinir. Məsələn, idman yarışlarını onlara aid etmək olar: biri qələbə qazanır, digəri isə uduzur. Daha bir nümunə isə siyasi seçkilərdir: bir namizəd qalib gələcək, digəri isə uduzacaq. Bu olduqca normaldır. Rəqiblərin fonunda yaxşı görünmək üçün (həm işdə, həm müharibədə) çevik olmaq lazımdır. Və bir da genişmiqyaslı. Miqyaslıq – böyük üstünlükdür, çünki sizi daha möhkəm edir. Siz zərbəni qəbul edə bilərsiniz, lakin zərbədən yayınmağı bacarmaq daha yaxşıdır. Ölçü baxımdan böyümək – daha dayanıqlı olmaq deməkdir.

Çevikliyin asılı olduğu ən vacib amil – qərar vermə sürətidir. Vaciblik baxımdan ikinci ən vacib amil – təcrübə aparmaq istəyidir. Siz risk etməyə, o cümlədən uğursuzluqlara hazır olmalısınız.

Mən həmişə uğursuzluğun iki növünün olduğunu işarə edirəm. Uğursuz təcrübə – məmnun qalmalı olduğunuz uğursuzluqdur. Uğursuzluğun ikinci növü isə əməliyyat uğursuzluğudur. Bu illər ərzində Fulfillment by Amazon sistemində fəaliyyət göstərən minlərlə anbar inşa etdik və bunu çox yaxşı bacardığımızı bilirik. Əgər yeni mərkəz əvəzinə təbii fəlakət yaranırsa, bu sadəcə təlimatların zəif icrası deməkdir. Belə uğursuzluqla kifayətlənmək olmaz. Lakin yeni məhsul və ya xidmət inkişaf edirsək və heç bir nəticə əldə etməsək, bu da uğursuzluqdur. Uğursuzluq? Əla. Siz bu iki uğursuzluq növünü fərqləndirməlisiniz və səmimi qəlbdən yeni ixtiralar üçün çalışmalısınız.

Bunun üçün düzgün insanlara ehtiyacınız var. Yenilikçilər. Yenilikçilər müstəqil şəkildə qərar vermək və risk etmək imkanı olmayan şirkətdən qaçırlar. İnşaatçılar tikməyi sevirlər. Əslində, düzgün seçimin nə olduğunu başa düşmək asandır. Düzgün addımı atmaq çətindir. Və rəqabət bir daha rəqabət haqqında: bərabər şərtlərdə yaxşı heç nə yoxdur. Bu səbəbdən kosmik və rəqəmsal sahələrdə yeniliyə ehtiyac var.

Bərabər şərtlər – gözəldir, lakin yalnız həvəskar futbol oyunu üçün. Lakin biz on illərdir kosmos və texnologiya kimi sahələrdə rəqabət qabiliyyətimizdən maksimum dərəcədə faydalanırıq. Bunun sürətlə dəyişməsindən çox narahatam. Öndə qalmaq və bərabərsizliyi qorumaq üçün yalnız bir yol var, o da yeniliklər yaratmaqdır (ehtiyacınız olan, əlbəttə ki).

Biz kosmos sahəsində yeniliklər yarada bilməyən rəqiblərlə qarşılaşırıq. Bu əsl problemdir. Əgər rəqibləriniz yenilik yarada bilmirsə, sizin də yenilikçi olmağa ehtiyacınız yoxdur.

Əgər söhbət rəqabətdən gedirsə, ən yaxşılardan biri olmaq kifayət deyil. Siz həqiqətən də bərabərliyin olduğu dövr üçün planlar qurmaq istəyirsiniz? Mən istəməzdim.

Amazon Web Services (AWS) bulud xidmətləri sistemi üzərində çox işlədik, özü də gizli şəkildə. AWS böyük şirkətə çevrildi, çünki hesablama bazarında inqilab etdi. Ənənəvi olaraq hesablama gücünə ehtiyacı olan təşkilatlar məlumatlar mərkəzlərini alırdılar, onları serverlərlə təchiz edirdilər və işlərinin davam edə bilməsi üçün onların əməliyyat sistemlərini daima yeniləyirdilər. Bu, şirkətin yaratdığı məhsul və xidmətlərin dəyərinə heç bir şəkildə təsir göstərmirdi. Bu, ağır yük idi.

1995-ci ildə Amazon.com saytını işə saldım və iki il sonra isə Barnes & Noble şirkəti Barnesandnoble.com-u işə saldı və eyni bazara çıxdı. İki il – rəqiblərin üzə çıxması üçün optimal vaxtdır. Daha sonra bir Kindle-ı işə saldıq, Barnes & Noble isə – Nook. Biz Eho-nu yaratdıq, Google isə – Google Home. Bir sözlə, uzağı iki il vaxtınız var.

Planımızı həyata keçirəndən sonra hər bir şirkətin bu sistemdən istifadə etmək istədiyi məlum oldu. Daha sonra isə biznes-möcüzə baş verdi: yeddi il ərzində bir dənə də olsun rəqibimiz olmayıb. Bu inanılmaz idi.

Düşünürəm ki, biznes üçün proqram təminatını inkişaf etdirən şirkətlər Amazon-u diqqətəlayiq inkişafetdirici kimi görmədilər və buna görə də rəqiblərdən qat-qat üstün olmağı bacardıq. Və indi də komandamız səngimir.

Müəllif haqqında

Ceff Bezos (Jeff Bezos) – milyarder, Amazon şirkətinin təsisçisi və baş direktoru. Bezos həm də Blue Origin startapının və The Washington Post qəzetinin sahibidir. Forbes jurnalının qiymətləndirmələrinə görə, o, dünyanın ən zəngin adamıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər