Ötən ilin Yanvar ayından yeni brend adı altında fəaliyyətə başlayan “Caspian Development Bank (CDB)” ASC qısa müddət ərzində bir sıra uğurlara imza atıb. Bankın sahib olduğu mövcud lisenziya ona dünya bankçılıq təcrübəsində tətbiq olunan hər növ bank xidmətləri göstərməyə imkan verir. Bu gün CDB Bank Fərdi xidmətlər, Korporativ xidmətlər, İnternet Bankçılıq, Mobil Bankçılıq, Plastik Kartlar, Ekvayrinq xidməti, Əmanətlər, Fiziki və Hüquqi şəxslərə kreditlərin verilməsi, Sürətli pul köçürmələri, Törəmə maliyyə alətləri və sair xidmətlər həyata keçirməkdədir.
Hal Hazırda CDB Bankın Baş ofisi ilə yanaşı Bakı şəhərində “Buta” və Gəncə şəhərində “Çinar” şöbəsi fəaliyyət göstərməkdədir. Bu bir il ərzində CDB Bank Azərbaycan Banklar Assosasiyasının, Əmanətlərin Sğortalanması Fondunun, Azərbaycan İpoteka Fondunun, Sahibkarlığa Kömək Milli Fondunun və bir çox müvafiq strukturların tam hüquqlu üzvü olmuş, bir çox beynəlxalq banklarla müxbir münasibətlər yaratmışdır. Eyni zamanda bank S.W.I.F.T., VISA International sistemlərinin üzvü və Bloomberq platformasının iştirakcısıdır. Bankın məqsədi Bazel III prinsiplərinə uyğun olaraq, korporativ idarəetmə standartları əsasında fəaliyyətini quraraq peşəkar komanda sayəsində mütərəqqi bank texnologiyalarının tətbiqi ilə sektorda öz payına malik olan universal bank olmaqdır. Geridə qalan bu bir il ərzində demək olar ki, bank strateji planında nəzərdə tutulmuş hədəflərə çatmaq istiqamətində ciddi irəliləyişlərə nail olub. Bunu Bankın illik hesabatından da görmək olar.
2015-ci il ərzində bankın aktivləri 129.060,73 min manat, kredit portfelinin həcmi isə 109.060,73 min manat təşkil etmişdir. Depozit portfeli isə 2015-ci ilin yekunlarının nəticələrinə əsasən, 37.749,97 min manat təşkil etmişdir. Ümumilikdə isə ötən ili CDB Bank 8.426,26 min manat mənfəətlə başa vurmuşdur. CDB Bankın illik hesabatı ilə daha yaxından http://www.cdbbank.az/az/menu/78/ linkdən məlumat əldə edə bilərsiniz.