26 C
Baku
Saturday, July 27, 2024

“CDB Bank” və “Günay Bank”da rəhbər olmuş şəxs dövlət qurumuna təyinat aldı

“Bakı Fond Birjası” QSC-yə (BFB) əməliyyat və informasiya texnologiyaları üzrə direktor təyin edilib.

BFB-yə istinadən, söhbət Eldar Faiq oğlu Abdullayevdən gedir.

O, 4 fevral 1972-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinı fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında MBA proqramı üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə “Bakı Banklararası Valyuta Birjası” QSC-də Qiymətli kağızlar Departamentinin direktoru vəzifəsində başlayıb. Müxtəlif komersiya banklarında İdarə Heyətinin üzvü vəzifəsində işləyib.
2017-ci ildən isə “Günay Bank” ASC-nin İdarə Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.

Eləcə də bax: Təyinat. “Günay Bank” İdarə Heyətində dəyişiklik

©Report

Son xəbərlər
Digər xəbərlər