10 C
Baku
Wednesday, December 11, 2024

“CDB Bank”ın rəhbərliyinə yeni təyinatlar olub

“Caspian Development Bank” (“CDB Bank”) ASC-nin rəhbərliyinə yeni təyinatlar baş tutub.

Fərəh Məmmədova İdarə Heyəti sədrinin müavini, Eldar Abdullayev isə İdarə Heyətinin üzvü təyin olunublar.

Qeyd edək ki, bunadək İdarə Heyəti 3 nəfərdən ibarət idi. Bu təyinatlarla İdarə Heyəti təmsil olunan şəxslərin sayı 5-ə çatıb.

İdarə Heyətinin sədri Nadir Yıldırımdır. İdarə Heyətinin digər iki üzvü isə Zaur Əhmədov və Kamran Orucəliyevdir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər