Çeçenistan Respublikasının başçısı Ramazan Kadırovun “Instagram” hesabı sanksiyalar səbəbindən silinib. Banker.az xəbər verir ki, bu barədə servisin sahibi “Facebook” da məlumat verib.
“Amerika şirkəti olaraq, biz ABŞ-ın sanksiya qanunvericiliyi çərçivəsində hərəkət edirik və daim qanuni öhdəliklərimizi yerinə yetirmək üçün tədbirlər görürük. Bu vəziyyətdə, əvvəllər etdiyimiz kimi, sanksiyalara məruz qalan şəxsin hesablarını sildik”, – deyə agentliyin həmsöhbəti Kadırovun “Instagram” dakı hesabının bloklanmasının səbəbini şərh edib.
Qeyd edək ki, Kadırov Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ-da, Ai ölkələrində və bir sıra digər dövlətlərdə sanksiyalar altına düşən Rusiya vətəndaşlarından biridir.