9 C
Baku
Friday, December 13, 2024

Ceff Bezos yenidən dünyanın ən varlı adamı olub

“Amazon” şirkətinin qurucusu və keçmiş rəhbəri Ceff Bezos yenidən dünyanın ən varlı adamı olub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, iyulun əvvəlində milyarder yerini “Louis Vuitton” və “Dior”un sahibi Bernar Arnoya vermişdi. Onda Bezos “Amazon” səhmlərinin ucuzlaşması fonunda təxminən 14 milyard dollar itirmişdi.

“Forbes”un qiymətləndirmələrinə görə, hal-hazırda Ceff Bezosun sərvəti 185.9 milyard dollar təşkil edir ki, bu da Arnonun varidatı ilə müqayisədə 900 milyon dollar çoxdur.

Xatırladaq ki, Ceff Bezos “Amazon”un CEO-su vəzifəsindən iyulun əvvəlində çıxıb. İnternet ticarət platformasının yeni sahibi Endi Cessi olub.

Son xəbərlər
Digər xəbərlər