“Biz bütün həmsədr ölkələrlə sıx işləməliyik”.
nuunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, Azərbaycan tərəfi Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib: “Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür”.
Xarici İşlər naziri qeyd edib ki, Rusiya Azərbaycana qonşu ölkədir: “Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışları edir və biz bunu normal qəbul edirik”.