2 C
Baku
Sunday, December 15, 2024

Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə yola düşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər