9 C
Baku
Friday, December 13, 2024

Chat GPT-4 təqdim edilib

“OpenAI” şirkəti dərin öyrənmə sahəsindəki fəaliyyətinin genişləndirilməsinin son mərhələsi adlandırdığı GPT-4 AI modelini təqdim edib. İlkin olaraq Chat GPT-4 “Plus” tarifinə qoşulanlar üçün aktivləşdirilib. GPT-3.5-dən fərqli olaraq, GPT-4 mətnlə yanaşı şəkillərlə də işləyir. Tərtibatçıların fikrincə, o, müxtəlif peşəkar və akademik testlərdə insan səviyyəsinə çatır.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunur ki, “OpenAI” GPT-4-ü təkmilləşdirmək üçün altı ay vaxt xərcləyib. Modelin qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur.

Adi dialoq zamanı GPT-3.5 ilə GPT-4 arasındakı fərq az nəzərə çarpır. “Fərq tapşırığın mürəkkəbliyi kifayət həddə çatdıqda özünü göstərir – GPT-4 daha etibarlı və yaradıcıdır”, – şirkət vurğulayır.

Bununla belə, şirkət GPT-4-ün mükəmməl olmadığını qəbul edir. O, hələ də “halüsinasiyalar” görür və səhvlərə yol verir. Məsələn, testlərin birində süni intellekt Elvis Preslini “aktyorun oğlu” adlandırıb.

Tərtibatçılar qeyd edirlər ki, GPT-4 ümumiyyətlə 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir. Daha əvvəl “OpenAI”nin baş direktoru Sem Altman bildirmişdi ki, GPT-4 ən böyük dil modeli olmayacaq. Altman həmçinin etiraf edib ki, bəşəriyyət hələ də mükəmməl süni intellekt inkişaf etdirməkdən uzaqdır.

Son xəbərlər
Digər xəbərlər