11 C
Baku
Wednesday, December 11, 2024

“ChatGPT” işlədənlərin məlumatları internetə sızdı

“ChatGPT” çat-botunun istifadəçilərinin şəxsi məlumatları internetə sızıb.

Bu barədə məlumatı çat-botun yaradıcısı “OpenAI” şirkəti yayıb.

Məlumata görə, martın 20-si sözügedən süni intellektin işində xəta baş verib və bunun ardınca istifadəçilərin məlumatları internetdə yayımlanıb.

ABŞ, Böyük Britaniya, Kanada və İsraildən olan istifadəçilər “ChatGPT”də problem yarandığını bildiriblər.

Bir çox istifadəçilər digər aktiv istifadəçilərin ad və soyadını, elektron poçt ünvanını, bank kartlarının son 4 rəqəmini və istifadə müddətini görə biliblər.

Bildirilir ki, müştərilərin 1,2 faizinin məlumatları şəbəkəyə sızıb.

Qeyd edək ki, “ChatGPT” çat-botu 2022-ci ilin noyabrında istifadəyə verilib. Bot kod, eləcə də mətnlər yaza və onları tərcümə edə, istifadəçilərin suallarına cavab verə bilir.

Son xəbərlər
Digər xəbərlər