28 C
Baku
Saturday, July 27, 2024

“ChatGPT” müsahibədən keçərək, “Google”a işə düzəlib

“ChatGPT” süni intellektli söhbət robotu müsahibəsindən keçərək, “Google”a işə düzəlib. Müsahibə İT nəhənginin axtarış sisteminə süni intellekt əlavə etmək planlarının bir hissəsi kimi keçirilib. Nəticədə “Google” mütəxəssisləri müəyyən ediblər ki, kod yazmaq üzrə aparılmış “müsahibə”nin suallarına cavablar əsasında “ChatGPT” üçüncü səviyyəli mühəndis vəzifəsinə düşüb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu tip mütəxəssis başlanğıc səviyyəsinə aid olsa da, onların orta illik əmək haqqı təxminən 183 min dollar təşkil edir.

Bununla belə, qeyd etmək lazımdır ki, “ChatGPT”nin texniki suallara cavab vermək qabiliyyəti həqiqətən maraqlı gəlsə də, o, proqramçıları tamamilə əvəz etməkdən hələ çox uzaqdır.

Son xəbərlər
Digər xəbərlər