16 C
Baku
Wednesday, April 17, 2024

“Chery” maksimum aerodinamik elektrokar istehsal edib

Çinin ən nəhəng avtomobil istehsalçısı olan “Chery” şirkəti süni intellektin köməyi ilə dünyadakı maksimum aerodinamik maşını istehsal etdiyini bildirib.

Hələ adı bəlli olmayan yeni avtomobilin şəkilləri şirkətin “Weibo” sosial şəbəkəsindəki səhifəsində yayılıb. “Chery”, avtomobilin istehsalında və dizaynında sürətli olmasına və üzmə manevrləri etməsinə görə tunes balığından və onun formasından ilhamlandığını bildirib. Lakin bu model hələ konsept səviyyəsindədir və seriya şəklində buraxılıb-buraxılmayacağı məlum deyil.

Avtomobil arxa görünüş güzgüləri əvəzinə alçaq dam, eləcə də, düz təkər tağları və kiçik kameralar olan iki rəngli aerodinamik kuzovla təmin olunub. Kuzovun süni intellektdən istifadə edilməklə modelləşdirildiyi qeyd olunub.

Avqust ayında keçirilən sınaqlarda avtomobil 2005-ci ilin “Daihatsu UFE-III” konseptində olduğu kimi 0.168 müqavimət əmsalı nümayiş etdirib.

Müqayisə üçün qeyd edək ki, “Lightyear 0″ günəş avtomobili üçün bu rəqəm 0,175-ə bərabərdir, lakin şirkət hələ genişmiqyaslı istehsala başlamayıb. Seriya modellərindən “Lucid Air” (0,197) aerodinamika üzrə rekordçu hesab edilə bilər. Onun davamçıları siyahısında “Mercedes-Benz EQS” (0.20), “Tesla Model S” (0.208) və “Nio ET7” (0.208) gəlir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər