4 C
Baku
Monday, February 26, 2024

“Chevron” gələn il kapital xərclərini 20 mlrd. dollara çatdıracaq

ABŞ-ın “Chevron” şirkəti 2019-cu ildə kapital xərclərini 20 mlrd. dollara çatdırmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə məlumatı “Report” şirkətə istinadən xəbər verir.

Xəbərə görə, cari il üçün investisiya planı 18,3 mlrd. dollar təşkil edir.

Şirkətin geoloji kəşfiyyat və hasilat sektoruna investisiyaları 17,3 mlrd. dollar həcmində olacaq. 2018-ci il üçün plan 15,8 mlrd. dollar təşkil edib. Bu vəsaitin 7,6 mlrd. dolları ABŞ-dakı layihələrə yönəldiləcək.

Şirkət bütün dünya üzrə emal sahəsinə 2,5 mlrd. dollar yatırmağı planlaşdırır. Digər layihələrə şirkət 200 mln. dollar yönəldəcək.

“Chevron” həmçinin ABŞ-dakı “Permian” hövzəsindəki layihələrə 3,6 mlrd. dollar vəsait yönəldəcək ki, 2018-ci ildə bu məbləğ 3,3 mlrd. dollar təşkil edib. Digər şist layihələrə şirkət 1,6 mlrd. dollar vəsait ayıracaq.

Son xəbərlər
Digər xəbərlər