9 C
Baku
Friday, December 13, 2024

“Chevron” Hindistana $989 mln. sərmayə qoyur

Karnataka hökümətinin naziri bildirib ki, “Chevron” Hindistanın Banqalor şəhərinə 83 milyard rupi (989.20 milyon ABŞ dolları) investisiya etməyi planlaşdırır, Banker.az bu barədə xarici mediayaistinadən xəbər verir.

Çoxmilyon dollarlıq investisiya 5-6 il üçün nəzərdə tutulmuşdur. “Chevron” Banqalordakı mövcud logistika və paylama mərkəzinə, xüsusən də neft və qaz sənayesi üçün mühəndislərin hazırlanmasına investisiyaları artırmaq niyyətindədir.

“Daha əvvəl Hindistanın Neft və Qaz Nazirliyi digər neft hasil edən ölkələri 2025-ci ildə ölkədə 500 min kvadratmetrdən çox sahədə karbohidrogen ehtiyatlarının kəşfiyyatında iştirak etməyə dəvət etmişdi. Ola bilsin ki, “Chevron” gələcəkdə belə iddialı layihədə iştirak edə bilər”, – “Freedom Finance Global”ın aparıcı analitiki Natalya Milçakova deyir.

Son xəbərlər
Digər xəbərlər