Reuters-in məlumatına görə, Chevron şirkətinin əməkdaşlarına bu il əldə olunan əməliyyat nəticələrinə görə xüsusi mükafat veriləcək.
Baş direktor Mayk Virt elektron məktubunda Chevron əməkdaşlarını xərclərin azaldılması üzrə hədəflərə çatdıqlarına, Hess şirkətinin alınması nəticəsində gözlənilən sinerji effektini planlaşdırılandan daha tez əldə etdiklərinə, həmçinin Venesuela və Yaxın Şərqdəki geosiyasi sarsıntılar şəraitində təhlükəsiz fəaliyyət göstərdiklərinə görə təqdir edib.
Elektron məktubda bildirilir ki, əməkdaşların əksəriyyəti üçün bonus baza aylıq əməkhaqqının yarısı qədər olacaq.
Əlavə vəsaitin ayrılması barədə qərar ABŞ Prezidenti Donald Trampın iri neft şirkətlərini yenidən tənqid etməsi və onları benzinin qiymətini aşağı salmağa çağırması fonunda açıqlanıb.
Bundan başqa, Tramp Fox News telekanalına müsahibəsində Chevron-un rəhbəri Mayk Virti şirkətin uğurlarında ABŞ administrasiyasının rolunu lazımi səviyyədə etiraf etmədiyinə görə tənqid edib.






