17 C
Baku
Monday, May 20, 2024

Çili yenə faiz artımına getdi

Çili Mərkəzi Bankı (Bank) çərşənbə günü uçot faiz dərəcəsini 10.75%-dən 11.25%-ə yüksəldib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar da 50 bəndlik artım proqnozunu vermişdilər. Banker.az xəbər verir ki, Bankın İdarə Heyətinin açıqlamasına görə, inflyasiya 3% səviyyəsində hədəflənir.

Rosanna Kostanın rəhbərlik etdiyi Bank, sentyabr ayında inflyasiya 19 ayda ilk dəfə azaldıqdan sonra, 2021-ci ilin iyul ayından etibarən borclanma xərclərinə 10.75 faiz bəndi əlavə edən sərtləşdirmə dövrünü tamamladı.

İqtisadi aktivliyin gözləniləndən daha yaxşı olmasına və pesonun zəifləməsinə baxmayaraq, yanacağın qiymətində artımlar səngiyib. Nəticədə həm Bank rəsmiləri, həm də Bankın sorğularında iştirak edən investorlar inflyasiyanın hədəfdən yuxarı qaldığını gördülər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər